Connect with us

Premyer-liqa

Meydan sahiblərinin turu

Topaz Premyer Liqasının 28-ci turuna yekun vuruldu. Futbolinfo.az x?…

-də paylaşıldı

Topaz Premyer Liqasının 28-ci turuna yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, turun 5 oyunu 4 gün ərzində keçirildi. Belə ki, oyunlar 28-29-30 marta təyin edilsə də, gözlənilməz qarın yağması proqramın dəyişməsinə səbəb oldu və bir oyun ötən gün baş tutdu.
 
Uça bilməyən təyyarə
 
Turun açılış oyunu Sumqayıtda baş tutdu. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə AZAL-la qarşılaşdı. Cütlüyün Avropa iddiadı olmasa da, maraqlı oyununun keçəcəyi əvvəlcədən məlum idi. Çünki "təyyarəçilər" yeni baş məşqçi Tərlan Əhmədovla 2-ci dəfə məğlub olmaq istəmir, Aqil Məmmədov isə komandasının elitaya layiq olduğunu sübut etməyə çalışırdı. Sonda hər şey "Sumqayıt"ın xeyrinə başa çatdı və ardıcıl məğlubiyyətlərlə üzləşən AZAL bu dəfə də qələbə həsrətinə son qoya bilmədi. Beləliklə, "Sumqayıt" cari mövsümdə ilk dəfə Şüvəlan təmsilçisinə qalib gəlməyi bacardı. Bundan başqa Sumqayıt klubu AZAL üzərində 7 qarşılaşmadan sonra qələbə qazanaraq uzun həsrətə son qoydu. Böyük ehtimalla mövsüm bitər-bitməz AZAL-da təmizlik işləri aparılacaq və komandaya yararsız xeyli sayda futbolçu heyətdən kənarlaşdırılacaq. "Sumqayıt" isə gənclərə inanaraq yoluna davam edir. Növbəti turda hər 2 komandanı da çətin oyun gözləyir. Uça bilməyən təyyarə bu həftə lider "Qarabağ"la, "Sumqayıt" isə qonşusu "Rəvan"la üzləşəcək.
 
"Simurq"un Avropa yuxusu
 
Turun 2-ci qarşılaşması 1 gün sonra Bakıda baş tutdu. Paytaxtın eyniadlı komandası ilə "Simurq" üz-üzə gəldi. Əfran İsmayılovun yoxluğu, Rauf Əliyevin zədəli olması, bu qaşrılaşmada Zaqatala klubunun favorit olmasına əsas versə də, hər şey gözlənilən kimi olmadı. Bölgə klubunun qapısını qoruyan Pavel Kapsanın kobud səhvi meydan sahiblərinin ilk qolunun əsasını qoydu. Daha sonra qonaqların müdafiə xəttinin bərbad oyunu komandanı çıxılmaz vəziyyətə saldı və İdan Vaytsman topu öz qapısına vurmağa məcbur oldu. İkinci hissəni 1 nəfər azlıqda oynayan Milinko Pantiçin komandası nəhayət ki, qapısında qol gördü və matç 2:1 hesabı ilə də yekunlaşdı. Bu qarşılaşmada maraqlı məqam diqqəti çəkirdi. Bunlardan birincisi "Simurq" müdafiəsinin bu cür biabırçı oyunu idi. Lakin oyundan sonra Georgi Çixradze bunu bəxtsizliklə əlaqələndirdi. Digəri isə Tural Qürbətovun adsız forma ilə meydana çıxması. Bu məğlubiyyətdən sonra "Simurq"un Avropa iddiasının tamamilə suya düşdüyünü demək olar. Çünki qarşıdakı 8 oyunda iddialı rəqiblərin xal itkilərini gözləmək ən azından vaxt itkisi olar. Beləliklə, Zaqatala klubu Avropa arenasını görmək üçün yeni mövsümü gözləməli və əsas da müdafiə xəttində ciddi islahatlar aparmalıdı. "Bakı" isə hələ ki, iddiasını sübut etməyə çalışır. Bu cür davam edərsə, Milinko Pantiç komandasına Avropa meydanlarında tapşırıq verə bilər.
 
"Xəzər Lənkəran"ın tək ümidi
 
Eyni gündə "Neftçi" – "Xəzər Lənləran" qarşılaşması keçirildi. Hər kəsin maraqla gözlədiyi "Böyük oyun"un o qədər də böyük həyacan içindəkeçdiyini demək olmaz. Aşağı tempdə, sakit keçən oyunda "Neftçi" bir daha Lənkəran klubundan üstün olduğunu sübut etdi. Bir neçə tur axsayan Böyükağa Hacıyevin komandası çempionluğu əldən versə də, 2-ci pillədən bərk-bərk yapışıb və heç kəsə imkan vermək fikrində deyil. Bu qələbə Bakı klubundakı əhval-ruhiyyəni bir az da düzəltdi desək, yanılmarıq. Kubokda da yoluna davam edən komanda bu mövsüm həm ikinciliyi, həm də kuboku qazansa, bunu uğur hesab etmək olar. Lənkəran təmsilçisi isə uğursuz zolaqdan çıxa bilmir. Bunu müxtəlif səbəblərlə izah edən rəhbərliksə, hələ ki, yaralarına dərman tapmaq gücünə malik deyil. "Ağ-yaşıllar"ın sonuncu məğlubiyyəti onların Premyer Liqa arzularının üstündən xətt çəkdi. Mustafa Dənizlinin yeganə təsəllisi isə cari mövsümdə yalnız kubok ola bilər ki, bu gedişlə kuboku qazanmaq da real görünmür.
 
Çempion "Qarabağ"
 
Bazar günü azarkeşlər bir oyunun şahidi oldu. Qarlı havada mərkəzi arenada "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəldi. Kubokun 1/4 final mərhələsində Ağdam klubunu yolundan kənarlaşdıran "qırmızı-qaralar" bu dəfə də ümidli idi. Lakin Yuri Syomin və yetirmələrinin arzusu yenə də ürəyində qaldı. Premyer Liqada sonuncu dəfə evdə "Qəbələ"ni 4:3 hesabı ilə məğlub edən "Qarabağ" bu qələbəsi ilə liderliyə layiq olduğunu sübuta yetirdi. Bu gedişlə bölgə klubunda islahatların olması qaçılmazdı. Kamran Ağayev və Elnur Allahverdiyevin transferindən sonra "Qəbələ"nin uğur qazana bilməyəcəyini deyən bir çox futbol mütəxəssisləri də sözlərində haqlı çıxdılar. Beləliklə, Qurban Qurbanov və komandasını bu ilin çempionu adlandırmaq olar. Çünki ən yaxın izləyicisi "Neftç"ni 10 xal qabaqlayan "köhlən atlar"ın qarşıdakı 9 turda bu fərqi itirməsi müşkül məsələdi. Syominin yetirmələri isə xalsız qaldıqdan sonra 5-ci pillədə var-gəl edir. Belə davam edərsə, "Qəbələ" beynəlxalq arenaya vəsiqə qazanmaq üçün gözünü yalnız kuboka dikməli olacaq.
 
"İnter"in iddiası
 
Turun son görüşündə "İnter" və "Rəvan" komandaları üz-üzə gəldi. Qarlı hava səbəbindən 11-ci dəqiqədə dayandırılan matçın davamı "bankirlər" üçün uğurlu oldu və görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Kaxaber Sxadadze bu qələbədən sonra komandasının iddiasını bir daha sübuta yetirmiş oldu. 3-cü pillədə dayanan "İnter" növbəti turda daha çox şeyi həll edə bilər. "Neftçi" və "Bakı" qarşılaşmasında komandalardan birinin xal itirəcəyini nəzərə alsaq, "İnter" Zaqatala səfərindən 3 xalla dönməlidi. Belə olan halda komandanın Avropa istəyi reallaşmağa doğru gedir. Güvənç Kurtarın gəlişindən sonra irəliləyən "Rəvan" isə məğlubiyyət sayəsində qonşu "Sumqayıt"dan aralana bilmədi. Beləliklə, növbəti həftə sonuncu pillənin sahibini "Rəvan" – "Sumqayıt" qarşılaşması həll edəcək.
 
Topaz Premyer Liqası
28-ci tur
 
SUMQAYIT – AZAL – 2:1
Qollar: Məhəmməd Qurbanov, 21, Uğur Pamuk, 55 – Laşa Kasradze, 6.
İstifadə olunmamış penalti: Con Oluremi, 45.
Sarı vərəqələr: Adil İbrahimov, 27 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 45 (qeyri-idman hərəkəti); Andrey Popoviç, 89 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 90+3 (qeyri-idman hərəkəti) – Cavid Tağıyev, 20 (qeyri-idman hərəkəti); Branislav Arsenyeviç, 44 (hakimin qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
28 mart 2014. Saat 15:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 900 tamaşaçı.
 
Sumqayıt: 1. Andrey Popoviç, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (18. Aleksandr Çertoqanov, 81), 14. Məhəmməd Qurbanov (11. Ruslan Nəsirli, 85), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (2. Şəhriyar Xəlilov, 90+3), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 23. Tural Nərimanov, 20. Branislav Arsenyeviç, 32. Laşa Kasradze, 18. Samuel Barlay, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov (27. Rəşad Abdullayev, 46), 10. Con Oluremi (22. Axtam Xamroqulov, 67), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 8. Qərib İbrahimov, 28. Emin Cəfərqluliyev, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Tərlan Əhmədov.
 
BAKI – SİMURQ – 2:1
Qollar: Namiq Ələsgərov, 13, İdan Vaytsman, 22-öz qapısına – Draqan Çeran, 81.
Sarı vərəqələr: Etto, 50 (qeyri-idman hərəkəti); Mario Alvares, 66 (qeyri-idman hərəkəti) – Tural Axundov, 18 (qeyri-idman hərəkəti); Stepan Polyak, 39 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vüqar Mustafayev, 45+1 (rəqibi təhqir etdiyi üçün).
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 5 dəq.
29 mart 2014. Saat 15:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
 
Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares (34. Şəhriyar Əliyev, 73), 22. Namiq Ələsgərov, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev, 8. Cavid Hüseynov, 17. Risto Ristoviç (15. Alberto Noquera, 46), 11. Rauf Əliyev (k) (20. Tural Qürbətov, 28).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 10. Aleksandar Soliç, 7. Əfran İsmayılov.
Baş məşqçi: Milinko Pantiç.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k) (6. Taqim Novruzov, 86), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov (21. Murad Səttarlı, 46), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (22. Salif Ballo, 43), 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 17. Rüstəm Məmmədov, 55. İlqar Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
 
NEFTÇİ – XƏZƏR LƏNKƏRAN – 1:0
Qol: Ernest Nfor, 78.
Sarı vərəqələr: Ernest Nfor, 52 (qeyri-idman hərəkəti); Bruno Bertuççi, 77 (hakimin qərarına etiraz) – Vanderson Skarduelli, 33 (qeyri-idman hərəkəti); Junior Nildo, 62 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.
29 mart 2014. Saat 17:00. Bakı. “Bakcell Arena”. 4000 tamaşaçı.
 
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 7. Araz Abdullayev (21. Samir Məsimov, 80), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (23. Ruslan Qurbanov, 58), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 90. Ernest Nfor (3. Denis Silva, 90+1).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (4. Alvaro Silva, 77), 12. Junior Nildo (7. Sadio Tounkara, 65), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (2. Slavik Alxasov, 46), 20. Etame Mbilla, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 16. Adrian Pit, 30. Elias Ribeyro, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
QARABAĞ – QƏBƏLƏ – 3:0
Qollar: Çumbinyo, 48, Reynaldo Silva, 65; 87.
Sarı vərəqələr: İlqar Qurbanov, 66 (qeyri-idman hərəkəti) – Ürfan Abbasov, 35 (qeyri-idman hərəkəti); Viktor Mendi, 38 (hakimin qərarına etiraz); Elnur Allahverdiyev, 76 (qeyri-idman hərəkəti); 78 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 78.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
30 mart 2014. Saat 18:00. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (25. Ansi Aqolli, 71), 18. İlqar Qurbanov (7. Namiq Yusifov, 71), 20. Riçard Almeyda, 24. Admir Teli (k), 41. Leroy Corc (99. Nikolas Gelaşvili, 88), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Amid Quluzadə (11. Yannik Kamanan, 57), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (14. Lorenzo Ebesilio, 66), 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 7. Marat İzmaylov, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi.
Baş məşqçi: Yuri Syomin.
 
İNTER – RƏVAN 3:0
Qollar: Baçana Sxadadze, 24, Aleksandr İaşvili, 66, Mikel Alvaro, 90+3.
Sarı vərəqə: Derlis Meza Kolli, 57.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
31 mart 2014. Saat 17:00. “Şəfa” stadionu. 700 tamaşaçı.
 
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (12. İvo Taborski, 86), 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (8. Mikel Alvaro, 70), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli (5. Slavço Georgiyevski, 90+1).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Rəvan: 1. Lukas Sapela, 21. Novruz Məmmədov (k), 16. Orxan Lalayev, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov (14. Xuan Manuel Varea, 73), 30. Cəmşid Məhərrəmov (19. Hüseyn Axundov, 73), 41. Kamil Kopunek, 8. Julio Sezar, 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 81), 10. Tyaqo de Souza, 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 28. Boyan Markoviç, Ramazan Abbasov, 20. Miloş Adamoviç,.
Baş məşqçi: Güvənc Kurtar.
 

1Qarabağ2818735314+3961
2Neftçi2815674133+851
3İnter2814684431+1348
4Bakı2814684530+1548
5Qəbələ28135103731+644
6Simurq2810993122+939
7XL28810102839–1134
8AZAL2868142742–1526
9Rəvan2838171549–3417
10Sumqayıt2837181848–3016
 
Bombardirlər:
17
– Reynaldo (Qarabağ)
12 – Vaqif Cavadov (İnter)
11 – Daniel Subotiç (Qəbələ)
9 – Draqan Çeran (Simurq)
8 – Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Baçana Sxadadze (İnter).

Arxiv

Dünya futbolu2021-01-26 09:30

“Arsenal”dan ayrıldı, ölkəsinə döndü

Ölkə futbolu2021-01-26 09:15

Gəncə, “Sabah”ın xeyir

Dünya futbolu2021-01-26 09:00

Skolari istefaya göndərildi

Dünya futbolu2021-01-26 02:38

“Atletik”dən darmadağın

Dünya futbolu2021-01-26 00:13

Bundesliqa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-25 23:44

Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

Dünya futbolu2021-01-25 23:40

Üçüncü dəfə “Qalatasaray”la müqavilə imzaladı

Dünya futbolu2021-01-25 22:28

“Fənərbaxça”dan darmadağın

Dünya futbolu2021-01-25 21:58

Təbriz klubu doğma meydanda uduzdu

Ölkə futbolu2021-01-25 21:17

“Neftçi”nin kubok oyununa hazırlığı davam edir

Ölkə kuboku2021-01-25 20:41

“Sabah” kubokla erkən vidalaşdı – VİDEO

Digər2021-01-25 20:35

Füzulinin Dövlətyarlı kəndi – VİDEO

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-25 19:50

Rəşad Sadıqov kubokdakı qələbəni şərh etdi – VİDEO

Ölkə kuboku2021-01-25 19:41

“Ən böyük məsuliyyət baş məşqçinin üzərinə düşür”

Ölkə kuboku2021-01-25 19:35

“Əks-hücumda oynamağın bəhrəsini gördük” – Yaşar Vahabzadə

Ölkə kuboku2021-01-25 19:21

Azərbaycan Kubokunda 1/4 final cütləri məlum oldu

Digər2021-01-25 19:08

Azərbaycanda koronavirusa 57 yeni yoluxma

Dünya futbolu2021-01-25 19:03

“Fənərbaxça” Özilin maaşını açıqladı

Ölkə kuboku2021-01-25 18:53

Kubokda sensasiya: “Kəpəz” “Sabah”ı 1/4 finala buraxmadı

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?