Connect with us

Müsahibə

Ruslan Tağızadə: "Hər şey "Neftçi" ilə oyundan asılıdı"

"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadəni…

-də paylaşıldı

"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadənin futbolinfo.az saytına müsahibəsi
 
– Sizi "Neftçi" ilə çətin oyun gözləyir. Bakılılarla oyuna hazırlığınız necə gedir?
– "Simurq"la oyundan sonra komandaya istirahət verildi. Bu gündən etibarən Bakıda hazırlıqlarımız davam edəcək. İnşallah, bu oyuna ciddi hazırlaşacağıq. Çünki kubokun finalında oynamaq hələ Avroliqaya vəsiqə qazanmaq demək deyil. Bunun üçün də çempionatda da uğurlu çıxış edib, avrokuboklara vəsiqəni təmin etməliyik.
 
– Son turlarda "Qəbələ"də dirçəliş hiss olunur. Bu, sizcə nəyin nəticəsidi?
– Komanda qara zolağa düşmüşdü. Şükürlər olsun ki, bu zolaqdan çıxdıq. Futbolçuların özünəinamı qayıdıb. Kubokda finala vəsiqə qazanmağımız bizə bir qədər də yüksək motivasiya bəxş etdi.
 
– Çempionluq şansınızı itirdiyinizi nəzərə alsaq, demək olarmı ki, bundan sonra "Qəbələ" 4-cü yer uğrunda yalnız "Bakı" ilə mübarizə aparacaq?
– Çempionatın başa çatmasına 4 tur qalıb. Deməzdim ki, təkcə 4-cü yer uğrunda mübarizə aparırıq. Bizim hələ 3-cü pilləyə yüksəlmək şansımız da var. "Neftçi"ni məğlub etsək, xal fərqi 1-ə enəcək. Hər şey "Neftçi" ilə oyundan asılıdı.
 
– "Neftçi"ni necə dəyərləndirisiz?
– "Neftçi" əvvəlki illərə nisbətən, bu il uğurlu nəticələr qazana bilmir. Qələbə qazanmasaq da, çalışacağıq ki, 1 xal əldə edək.
 
– Ancaq onu da nəzərə almaq lazımdı ki, mövsüm ərzində "Qəbələ"nin "Neftçi" üzərində bir dənə də qələbəsi yoxdu. 3 matçın 3-də də "Neftçi" qalib gəlib…
– İnşallah, çalışacağıq ki, bu uğursuzluğa son qoyaq. Kubokun finalına çıxmaqla arxayınlaşmaq olmaz. Finala qədər Avroliqaya vəsiqəni əldə etməliyik. "Neftçi" ilə oyun bizim üçün çox önəmlidi. Çünki "Bakı"nın "Qarabağ"la oyunda xal itirməsi real görünür. Biz də bundan maksiumum şəkildə istifadə etməliyik. Qalib gəlsək, "Bakı"dan uzaqlaşa bilərik. "Neftçi" ilə oyundan sonra isə evdə "Bakı"nı qəbul edəcəyik. Bu oyuna rahat çıxmaq üçün "Neftçi" ilə oyunda qələbə qazanmaq lazımdı. Kubokun finalında hər şey ola bilər. Çalışacağıq ki, qələbə qazanmaqla azarkeşlərimizi, həm də klub rəhbərliyini sevindirək. Çempionat ərzində bir komandadan 4 məğlubiyət almaq futbolçulara da pis təsir edər.
 
– "Neftçi" bu oyunda da qələbə qazansa, demək olarmı ki, "Qəbələ"nin futbolçuları final oyununda rəqibindən qorxacaq?
– Xeyr. Nəzərə almaq lazımdı ki, çempionatdan fərqli olaraq, kubokda tamam fərqli oyun nümayiş etdirirk. "Qarabağ" kimi komandanı kubokdan kənarlaşdırdıq, "Xəzər Lənkəran"ı evdə məğlub edib, səfərdə də sərfəli nəticə qazanaraq finala adladıq. Hazırda da fikrimizi çempionata yönəltmişik.
 
– Ümumiyyətlə, "Qəbələ"nin çempionatda və kubokda fərqli oyun nümayiş etdirməsinin səbəbi nədi?
– Vallah, bunu mən də bilmirəm. Yəqin ki, çempionatdan fərqli olaraq, kuboka daha yüksək motivasiya ilə hazırlaşırıq. Çempionatda uğursuz çıxışdan sonra anladıq ki, çempionluğa artıq şansımız qalmayıb. Bunun üçün də bütün diqqətimizi kuboka yönəltmişdik.
 
– "Qəbələ" Avroliqaya vəsiqə qazansa, bu, sizin karyeranızda bir ilk olacaq…
– Ondan da əlavə ilk çempionluğumu "Qəbələ"də qazanmaq istəyirəm. Çünki futbolçu karyeramda bu sevinci hələ ki, yaşaya bilməmişəm. İnşallah, kuboku qazanmaqla bu sevinci yaşayaram.
 
EMİN SƏFƏROV

Arxiv

Milli komanda2021-01-24 23:28

Yunanıstanın millimizlə oyun üçün heyəti açıqlandı

Dünya futbolu2021-01-24 23:18

“Bavariya” 3 xalı 4 qolla qazandı

Dünya futbolu2021-01-24 22:05

“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbə qazandı

Dünya futbolu2021-01-24 21:31

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Ölkə futbolu2021-01-24 21:30

“Aston Villa” “Nyukasl”ı məğlub yola saldı

Müsahibə2021-01-24 20:16

“Azarkeşsiz futbol çətin və darıxdırıcıdır” – Voyislav Stankoviç

Dünya futbolu2021-01-24 19:58

Futbolçular və klub prezidenti təyyarə qəzasında həlak oldular

Dünya futbolu2021-01-24 19:33

Özil rəsmən “Fənərbaxça”da

Digər2021-01-24 18:50

Füzulinin Aşağı Aybasanlı kəndi – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Ölkə kuboku2021-01-24 17:44

“Onlar elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər”

Dünya futbolu2021-01-24 17:32

Araz oynamadı, komandası məğlub oldu

Ölkə kuboku2021-01-24 16:53

“Səbail” 1/4 finalda!

Dünya futbolu2021-01-24 16:22

“Yuventus”un futbolçusu koronavirusdan sağaldı

Milli komanda2021-01-24 16:14

Millimizə Fransadan futbolçu dəvət edildi

Digər2021-01-24 15:24

Kəlbəcərin Comərd kəndi – VİDEO

Digər2021-01-24 15:04

Azərbaycanda koronavirusa 287 yeni yoluxma

Dünya futbolu2021-01-24 13:55

Son 10 ilin ən çox qol vuran müdafiəçisi

Ölkə futbolu2021-01-24 13:36

“Keşlə”: yenə yanlış zaman, yanlış adam?

Digər2021-01-24 13:22

Füzulinin Aşağı Veysəlli kəndi – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?