Dünya futbolu
Ronaldo: “ÇL-i ölkəmdə qazanmaq istəyirəm”
Madrid "Real"ının ulduzu Kriştianu Ronaldo komandasının…

Madrid "Real"ının ulduzu Kriştianu Ronaldo komandasının Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu yarımfinalda "Bavariya" ilə keçirdikləri görüşdən sonra finala yüksəlməyə layiq olduqlarını deyib:
"Birinci hissədə üç qol vurmağımız bizim üçün çox yaxşı oldu. Qarşılaşmanın çətin keçəcəyini bilirdik, ancaq ilk hissədə istədiyimiz nəticəni əldə etdik. Üç mövsümdür ard-arda yarımfinalda mübarizəni dayandırırdıq. Bu dəfə finalda oynamağa layiqik. Beylin möhtəşəm ötürməsini qola çevirdim. Rekord qırdığım üçün xoşbəxtəm, ancaq mənim üçün daha önəmli olan ÇL-in kubokunu qazanmaqdı. Final mənim ölkəmdə olacaq. Çempionlar Liqasını qazanmaq istəyirəm".
Oyunda dubl edən Ronaldo ÇL-də qollarının sayını 16-ya çatdıraraq rekord qırıb.