Premyer-liqa
“Rəvan” bu gün Lənkərana yola düşür
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində &qu…

Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran”ın qonağı olacaq "Rəvan” bu oyuna hazırlığı tamamlayıb. Futbolinfo.az xəbər verir ki, "aslanlar” bu gün saat 9:30-da Bakını tərk edəcəklər.
Heyətdə cəzalı futbolçu olmasa da, zədəlilərin durumu baş məşqçi Güvənç Kurtarı qayğılandırır. Belə ki, polşalı qapıçı Lukaş Sapela, braziliyalı hücumçu Tyaqo Mirasema və yarımmüdafiəçi Elvin Həsənəliyevin "Xəzər Lənkəran”a qarşı oynayıb-oynamayacaqları sual altındadı. Oke Akpovetanın meydana çıxmayacağı isə dəqiqdi. Zədədən əziyyət çəkən nigeriyalı hücumçu rəhbərlikdən icazə alaraq, yaşadığı Danimarkaya yollanıb. O, həftəsonu geri dönəcək.
Qeyd edək ki, mayın 2-də keçiriləcək "Xəzər Lənkəran” – "Rəvan” matçı saat 18:00-da başlayacaq.
- Ölkə futbolu18 saat əvvəl
“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov
- Ölkə futbolu18 saat əvvəl
Polşa klubu 200 min avro ödəməlidir – Mahirə görə
- Ölkə futbolu16 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Dünya futbolu19 saat əvvəl
“Fənərbaxça”nı Super Liqanın digər klubuna dəyişdi