Connect with us

Müsahibə

Rəşad Sadıqov: "Hər oyunun öz hökmü var"

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın k…

-də paylaşıldı

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına müsahubəsi
 
– Növbəti turda qarşılaşacağınız "Bakı" ilə matça hazırlıq necə gedir? Ümumiyyətlə, bu rəqibi necə dəyərləndirə bilərsiz?
– Məşqlərimizi davam etdiririk. Başa düşürük ki, "Bakı" da avrokuboklara vəsiqə qazanmaq üçün çalışır. Biz də iki oyundu xal itiririk. Hər iki komanda iddialıdı, hər kluba da xal lazımdı.
 
– Son turlarda "Bakı" uğursuz çıxış edir. Bu, "Qarabağ"a nə dərəcədə kömək edəcək?
– Bir çox komandalar uğursuz çıxış edir. Ancaq bizlə oyunda nələri var, ortaya qoyurlar. Bizə qarşı bütün komandalar son oyunları kimi oynayırlar. Ona görə "Bakı"dan da elə oyun gözləyirəm. Özünüz də görəcəksiz ki, bizə qarşı tam fərqli oyun sərgiləyirlər.
 
– Qeyd etdiniz ki, bütün komandalar sizə qarşı fərqli oyun nümayiş etdirir. Buna səbəb qısqanclıqdı, yoxsa başqa amillər var?
– Qısqanclıq deyil. Sadəcə, hər kəs istəyir ki, liderə qarşı fərqli oyun nümayiş etdirib, fərqlənsin. İrəlidə gedən komanda ilə oyunda yaxşı nəticə qazanmaq bütün uğursuzluqları unutdurur. Bizə də çox maraqlıdı. Digər matçlarına baxanda bu cür mübariz oyun görmürsən. Bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Ona görə də rəqiblərimizin digər matçlardakı oyunlarına baxmırıq.
 
– Ötən dövrədə "Bakı" ilə oyunu buraxmaq məcburiyyətində qalmışdız. Necə düşünürsüz, bu dəfə də yoxluğunuz komandanın oyununa təsir edəcəkmi?
– Bizim "Bakı" ilə səfərdəki oyunlarımız çətin keçir. Çünki "Bakı" öz meydanında daha inamlı oyun nümayiş etdirir. Bizim üçün asan olmayacaq. İnşallah, mənim yoxluğum komandamın oyununa təsir etməz. Baxmayaraq ki, oynadığım oyunlarda da komandam xal itirib.
 
– Nəzərə almaq lazımdı ki, "Qarabağ"ın xal itirməsindən  maksimum yararlanan "İnter" aradakı xal fərqini azaltmaqdadı…
– Ümumiyyətlə, bir yolu qət edəndə yolun uzun olması adama rahat gəlir. Yolun sonuna çatanda isə tələskənlik olur. İndi istər-istəməz uşaqlarda həyacan var. Bunun da bizə ziyanı var. "İnter" də inamlı oyun nümayiş etdirir. "İnter"lə şəxsi oyunumuz olduğunuz nəzərə alıb, rahat olmalıyıq. Ancaq uşaqlarda həyacan hiss olunur.
 
– Demək olarmı ki, çempionluğun taleyi məhz "İnter"lə oyunda bəlli olacaq?
– Hər şey ola bilər. Özünüz də gördünüz ki, 13 xallıq fərq hazırda 8-ə enib. "İnter"lə oyundan sonra intiriqa bir qədər də arta bilər.
 
– Mövsümün sonuna 4 tur qalmasına baxmayaraq, "Qarabağ"ın hələ də çempionluğunu rəsmiləşdirə bilməməsi çempionatın səviyyəsinin yüksəlməsindən xəbər verir, yoxsa başqa səbəbləri var?
– Ümumiyyətlə, Premyer Liqaən çətin çempionatlardan biridi. Hazırda hər kəs bir-birindən xal alır. Ona görə "bu oyunda xal alım, mənə bəsdi" deyə bilmirsən. Hər oyunun öz hökmü var. Hər oyunda xal itirmək olur.
 
– Mövsüm artıq başa çatmaq üzrədi. Müqavilənizi yeniləmək fikriniz var?
– Müqavilə ilə bağlı danışmağa hələ tələsmirəm. İnşallah, çempionat başa çatdıqdan sonra danışarıq.
 
EMİN SƏFƏROV

Arxiv

Dünya futbolu2021-05-16 01:43

Türkiyə millisinin yoxlama oyunu ləğv olundu

Ölkə futbolu2021-05-16 01:34

“Azərbaycan bizim üçün önəmlidir” – Şenol Güneş

Dünya futbolu2021-05-16 00:59

“Lids” səfərdə darmadağına sevindi

Dünya futbolu2021-05-16 00:45

“İnter” “Yuventus”a, “Latsio” “Roma”ya uduzdu

Dünya futbolu2021-05-15 23:35

Super Liqada çempion bəlli oldu

Dünya futbolu2021-05-15 22:36

“Çelsi” üzərində qələbə ilə çempion oldular

Ölkə futbolu2021-05-15 21:00

Çempionluq Kuboku və medallar “Dalğa Arena”da veriləcək

Dünya futbolu2021-05-15 20:32

“Bavariya” “Frayburq”la heç-heçəyə razılaşdı

Premyer-liqa2021-05-15 19:59

Mövsümdə ilk – 433 gündən sonra

Premyer-liqa2021-05-15 19:37

“Qəbələ”dən yubiley qolu

Dünya futbolu2021-05-15 18:55

“Mançester Siti”dən yeni rekord

Dünya futbolu2021-05-15 17:27

“Arsenal”da Arteta ilə bağlı qərar verildi

Digər2021-05-15 16:41

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-15 16:07

Polşa millisinin hücumçusu AÇ-2020-ni buraxacaq

Ölkə futbolu2021-05-15 15:34

SOCAR xərclərə qənaət üçün UEFA ilə müqaviləni yeniləməyib

Dünya futbolu2021-05-15 14:51

Suares milli karyerasını bitirmək istəyir

Dünya futbolu2021-05-15 14:01

“Real”ın futbolçusu karantinə alındı

Dünya futbolu2021-05-15 13:15

David Luis “Arsenal”dan ayrılır

Dünya futbolu2021-05-15 12:15

Super Liqa klubunda koronavirusa üç yeni yoluxma

Dünya futbolu2021-05-15 11:50

Ronaldo “Sportinq”ə qayıdır?

Premyer-liqa2021-05-15 01:16

“Zirə”dən inamlı qələbə – VİDEO

Premyer-liqa2021-05-15 00:25

“Neftçi” Sumqayıtdan qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-14 23:56

“Qarabağ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-14 21:08

“Qəbələ” “Sabah”la heç-heçəyə razılaşdı – VİDEO

AÇ-20202021-05-14 10:46

AÇ-2020-nin rəsmi mahnısı bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Gündəm