Premyer-liqa
“Neftçi"dən “Qarabağ”a transfer cavabı: biri də gəlir!
“Neftçi"də braziliyalı futbolçuların sayı…

“Neftçi"də braziliyalı futbolçuların sayı artacaq. Bakı klubu dayaq yarımmüdafiəçisi Kaue Sesilyo da Silvanı transfer etməyə yaxındı.
Vətənindən ayrılandan sonra Portuqaliyanın "Leyşoeş" və "Olhanense" klublarında çıxış etmiş 25 yaşlı futbolçu "Neftçi"yə Rumıniyanın "Vaslui" klubundan keçir. Onunla müqavilənin detalları razılaşdırılır. Futbolçu ilə azı 2 illik anlaşma imzalanacağı deyilir. Müqavilə rəsmiləşən kimi paytaxt klubu transferi rəsmən açıqlayacaq.
Bu haqda xəbəri ilk olaraq Forza Neftçi Azad Azarkeş Qrupu yayıb. Biz isə kluba yaxın mənbələrdən bunu dəqiqləşdirdik və adının aşıqlanmasını istəməyən şəxs transferin qarşıdakı günlərdə reallaşacağını bildirdi.
Bunu əzəli rəqib “Qarabağ”ın son transferinə cavab da saymaq olar. Ağdam klubu da bakılılar kimi brazliyalı oyunçu ilə – Danilo Diasla 2 illik müqavilə imzaladı. Maraqlıdı ki, Kaue Sesilyo da Silva kimi Dias da vaxtilə Portuqaliyada oynayıb.
- Ölkə kuboku43 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202022 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Dünya futbolu10 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi
- Milli komanda7 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”