Connect with us

Müsahibə

"Neftçi"nin baş məşqçisi: "Qəbələ" üçün də yarımfinala çıxmaq son həddi"

Qəbələdə təşkil olunan 3-cü "Qəbələ Kuboku"nda…

-də paylaşıldı

Qəbələdə təşkil olunan 3-cü "Qəbələ Kuboku"nda iştirak edən "Neftçi" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ramin Həbibov Belçika "Anderlext"i ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırdı. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir.
 
– Turnir haqqında fikirlərinizi bilmək istərdik…
– Mən özüm də əvvəllər belə turnirlərdə çıxış etmişəm. U-14, U-15, U-16, U-17 yığmamızla bərabər çoxsaylı beynəlxalq turnirlərdə oynamışam. Hətta əsas millidə də iki oyun keçirmişəm. "Qəbələ" rəhbərliyinə təşəkkürümü bildirirəm ki, belə bir turnir təşkil ediblər. Həm şəraitinə, həm səviyyəsinə görə, çox yaxşıdı. Uşaqların bu turnirdə öyrənəcəyi çox şey var. Elə mən özüm də məşqçi kimi bəzi səhvlərimi gördüm, dərslər çıxardım. Məsələn, "Lokomotiv"lə oyunda müdafiəni güclü etmək əvəzinə komandanın hücuma atılmasını istədim. Nəticədə əks-hücumlarda iki qol buraxdıq. Belə turnirlə nə qədər çox təşkil olunsa, bir o qədər yaxşıdı. Məmnuniyyətlə də gəlib iştirak edərik.
 
– Rəhbərlik etdiyiniz komanda bu turnirdə heç də yaxşı çıxış etmir. Bu, nə ilə əlaqədardı?
– Son oyunda yaxşı çıxış etmədiyimizi etiraf edirəm. "Anderlext" bizdən çox üstün idi. Gördüyümüz çatışmazlıqlar üzərində də çalışacağıq. Amma elə məqamlar var ki, bu, təkcə "Neftçi"nin yox, Azərbaycan futbolunun problemidi. Futbolçularımız çox texnikalıdılar. Bu texnikanın sahibi olan futbolçu gərək topla gözüyümülü davrana, fikirləşməyə, sürətli oyun sərgiləyə. Məsələn, "Anderlext" çox sürətli oyun sərgiləyirdi və bizim onlardan öyrənəcəyimiz məqamlar yetərincədi. Mənə elə gəlir ki, turnirə dəvət olunan komandalar arasında ən güclüsü elə "Anderlext"di.
 
– Bəs əvvəlki oyunlarda məğlubiyyətə nə səbəb oldu?
– İlk iki oyunda da qol vəziyyətlərindən istifadə edə bilmədik. Hücumçunun olmaması, uşaqların işinə səhlənkar yanaşması və sair amillər sonda məğlubiyyətlə nəticələndi. Bunlar hələ uşaqdılar. Bu komanda ilk dəfədi ki, belə beynəlxalq turnirdə çıxış edir. Düzdü, bəzi xarici komandalara qarşı oyunlarımız olub. Amma turnir baxımından ilk belə sınağımız idi.
 
– "Qəbələ"dən nə gözləyirsiz?
– Bir Azərbaycan klubu kimi, onların da bu turnirdə ən yaxşılardan olmasını istərdim. Amma yaralı yerlərimizi hamımız bilirik. Bu çatışmazlıqları da aradan qaldırmaq üçün hər birimiz əl-ələ verməliyik. Söhbət sadəcə, sürətli futbol oynaya bilməməkdən getmir. Bütövlükdə, futbolçularımız hər bir göstəricidə super olmalıdılar ki, yaxşı komandalarımız da olsun.
 
– Deməli, "Qəbələ" üçün də yarımfinala yüksəlməyi son hədd hesab edirsiz?
– Demək olar.
 
– Dediz ki, "Neftçi" üçün bu turnirdə iştirak böyük təcrübədi. Rəhbərlik qarşısında belə bir məsələ qaldıracaqsız ki, komandanızı xaricə tez-tez yollasın, ya da klub özü belə turnirlər təşkil etsin?
– Əlbəttə. Bildiyiniz kimi, AFFA bu yaxınlarda "Neftçi" klubuna yeni idman direktoru göndərib. Hollandiyalı mütəxəssis bu sahədə 30 illik iş təcrübəsinə malikdi. İnanıram ki, onun klubun uşaq futbolunun inkişafına böyük töhfəsi olacaq. Ondan da nələrsə öyrənməyə çalışırıq. Mənimlə birgə çalışan Həbib Ağayevlə birgə "Ayaks"ın düşərgəsinə təcrübəyə getməyi də planlaşdırmışıq. Məşqçilərimiz savadlı, biz daha çox şey bilsək, Azərbaycan futbolu da bir o qədər tez yüksələr. Yaxşı uşaqlarımız çoxdu. Onları bir araya gətirdikdə isə, yığma komandalarımıza böyük fayda vermiş olacağıq.
 
PƏRVİZ ELTÜRK, Qəbələ

Arxiv

Ölkə futbolu2021-06-24 22:23

“Neftçi” “Domjale”yə uduzdu

Dünya futbolu2021-06-24 21:25

Super Liqa klubunda dörd ayrılıq

Ölkə futbolu2021-06-24 20:27

“Pelister”dən “Keşlə”yə növbəti transfer

Premyer-liqa2021-06-24 19:50

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2021-06-24 19:36

“Keşlə” Aldairi transfer etdi

Dünya futbolu2021-06-24 18:44

UEFA-dan rəsmi qərar: Səfər qolu qaydası ləğv olundu!

Ölkə futbolu2021-06-24 18:18

“Qəbələ”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da!

Ölkə futbolu2021-06-24 18:07

“Sumqayıt” pul tapdı: Xəyalın gedişi Qurbaninin qalmasına şərait yaradacaq

AÇ-20202021-06-24 17:37

AÇ-2020: Fransa millisində 2 itki

AÇ-20202021-06-24 17:02

Fransızlar Budapeşti Buxarestlə səhv saldılar, millinin oyununu qaçırdılar

Digər2021-06-24 16:50

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-24 16:32

“Səbail” Əmirli ilə anlaşdı

AÇ-20202021-06-24 16:17

Ərdəbilli Daei təbrik, Ronaldo təşəkkür etdi

Ölkə futbolu2021-06-24 16:13

“Sumqayıt” “Qəbələ”dən daha birini gətirdi

Ölkə futbolu2021-06-24 16:12

“Zirə” “Sabah” və “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Ölkə kuboku2021-06-24 15:54

“Keşlə”də transfer biabırçılığı: cəzalı oyunçunu heyətə qatdılar

Ölkə futbolu2021-06-24 15:28

“Sumqayıt”da daha bir yeni müqavilə

Dünya futbolu2021-06-24 15:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-06-24 14:41

Super Liqa klubundan daha bir transfer

Ölkə futbolu2021-06-24 14:19

Prezident Fariz Nəcəfovu 3 medalla təltif etdi

Ölkə futbolu2021-06-22 19:53

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-22 17:19

“Neftçi”nin Sloveniya toplanışında 4-cü gün – VİDEO

Ölkə futbolu2021-06-22 09:29

“Neftçi”dən ilk oyunda heç-heçə – VİDEO

Ölkə futbolu2021-06-22 09:00

Savo Miloşeviç: “Neftçi” keyfiyyətli komandadır” – VİDEO

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Gündəm