Dünya futbolu
Venger 2017-ci ilədək “Arsenal”da
BBC-in yaydığı xəbərə görə, “Arsenal” baş mə…
BBC-in yaydığı xəbərə görə, “Arsenal” baş məşqçi Arsen Vengerlə müqavilə müddətini 3 illik uzadıb. Futbolinfo.az xəbər verir ki, mövsümü kuboksuz bağlayacağı təqdirdə istefa verəcəyini açıqlayan fransız mütəxəssisin Federasiya Kubokunu qazanmasından sonra yeni müqavilə imzalaması gözlənilən idi.
1996-cı ildən “Arsenal”ı çalışdıran və London klubu ilə bir çox zəfərə imza atan 64 yaşlı məşqçi 2017-ci ilə qədər komandasının başında olacaq. Müqaviləylə bağlı rəsmi açıqlamanın qarşıdakı günlərdə veriləcəyi gözlənilir.
Qeyed edək ki, Venger “Arsenal”a 3 dəfə Premyer Liqa, 5 dəfə Federasiya Kuboku və 4 dəfə İngiltərə superkubokunu qazandırıb.
- Premyer-liqa14 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa22 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion22 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər20 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi