Dünya futbolu
“Borussiya” italyan bombardirlə anlaşdı
Robert Levandovski ilə yollarını ayıran “Borussiya (Dortmund…
Robert Levandovski ilə yollarını ayıran “Borussiya (Dortmund), polyak hücumçunun alternativini nəhayət ki, tapıb, özü də İtaliyada. Futbolinfo.az xəbər verir ki, Dortmund klubu ötən mövsüm vurduğu 22 qolla A Seriyasında bombardier olan Çiro İmmobilenin transferində xoşbəxt sona çatıb.
“Torino”nun İtaliya birinciliyini 7-ci sırada bitirməsində böyük rolu olan gənc ulduz üçün almanlar 17 milyon avro ödəməli olacaq. “La Gazzetta dello Sport” İtaliya millisi ilə düşərgədə olan futbolçunun 1 günlük icazə alıb “Borussiya” ilə 5 illik müqaviləyə imzalayacağı bildirilir.