Connect with us

Müsahibə

Artyom Vaskov: "AZAL 60 futbolçunu baxışa çağırıb, 6-nı seçdi"

AZAL-ın sabiq yarımmüdafiəçisi Artyom Vaskov müsah…

-də paylaşıldı

AZAL-ın sabiq yarımmüdafiəçisi Artyom Vaskov müsahibəsində Azərbaycanda keçirdiyi günləri xatırlayıb, ənənələrimizdə danışıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Azərbaycana necə gedib çıxmışdın?
– Bu, uzun söhbətdi. Mən "Neman"da idim. Amma bu komandada oyun təcrübəsi əldə edə bilmirdim. Həmin ərəfədə menecerim mənə zəng edib dedi ki, Azərbaycanın AZAL klubunda baxışda olmaq lazımdı. Mən də düşündüm ki, niyə də olmasın. Bakıya yollandım. Baş məşqçi məni bəyəndi və müqavilə imzaladım.
 
– Azərbaycandakı ilk günün necə keçdi?
– Orada çox isti vardı. 35-40 dərəcə! Nəfəs almaq olmurdu. Üstəlik, komanda əsasən süni örtüklü meydanda oynayırdı. Ağır idi. İlk gün… Aeroportdan gedərkən hər tərəf qumluq idi. Yaşıllıq yox idi. Çox təəccübləndim.
– AZAL necə klubdu?
– Mən bu komandada olanda paytaxtın digər klubu "İnter"in stadionundan istifadə edirdik. Amma indi AZAL-ın öz stadionu, məşq meydançası, bazası var. Amma həmin vaxt belə imkanlar yox idi. Orada çempionat ciddi templə inkişaf edir. O vaxt yaxşı səviyyədə olan legionerlər gətirirdilər. Özü də yüksək maaşla. Onlar həm oynayırdılar, həm də qazanırdılar. Mən gənc olduğum üçün belə şansım yox idi.
 
– Orada hansı tanınmış futbolçularla qarşılaşmısan?
– AZAL-da belçikalı Kamara oynayırdı. Vaxtilə Belçika yığmasında da oynamışdı, dayaq yarımmüdafiəçisi idi. İndi isə Azərbaycana Yuri Syomin, Marat İzmaylov kimi tanınmışlar gedirlər. Pul varsa, ulduz da var.
 
– Azərbaycanda nə qədər qazanırdın?
– Mən AZAL-a pul qazanmaq üçün getməmişdim. Onda cəmi 20 yaşım vardı. Oynamaq istəyirdim. Bu yaşda səni heç kim yüksək məvaciblə təmin etməz. Təcrübəlilər 10-15 min dollar qazanırdılar. Bəlkə də çox. Amma cavanlarda bir qədər az idi.
 
– Bakıda necə əylənirdiz?
– İstirahət günlərində dənizə, diskotekaya gedirdik. Adi əyləncələr idi.
 
– Azərbaycandakı diskotekalar Belarusdakından nə ilə fərqlənirdi?
– Bakıdakı diskotekalarda azərbaycanlı qızlar çox az idi. İstər-istəməz müsəlmanlar belə şeylərə o qədər də yaxşı baxmırlar. Belə mərasimlərə adətən şəhərin qonaqları təşrif buyururdular. Bakının küçələrində heç bir qızla tanış ola bilməzdin. Bu baxımdan vəziyyət Belarusdakından çox fərqlidi.

 
– Azərbaycandakı həyatın daha nələrlə yaddaqalan olub?
– Orada küçəyə "şortik"də çıxmaq olmazdı. Orada belə bir adət var ki, kişi öz ayaqlarını ictimai yerlərdə göstərməməlidi. Hətta isti havada da. Bakıya təzə gedərkən biz də qısa şalvarlarla küçədə gəzirdik. Bir yaşlı kişi bizə yaxınlaşıb dedi ki, başa düşürük, siz bizim qonağımızsız, amma adət-ənənəmizə hörmətlə yanaşmalısız. Həmçinin marşrutlarda qadın ayaq üstə dayanmamalıdı. Əgər avtobusda gedərkən qadın gəldisə, sən ayağa qalxıb ona yer verməlisən. Bax buna deyərəm hörmət! Ümumiyyətlə, azərbaycanlılar çox inanclıdılar. Hətta futbolçular da paltardəyişmə otağında namaz qılardılar. Biz isə sadəcə, oturub onlara tamaşa edərdik.
 
– Bəs AZAL-dan niyə ayrıldın?
– Mənim klubla müqaviləm qalırdı. Amma oyunların birində zədələndim. Həkimlər təxminən iki ay futbol oynaya bilməyəcəyimi dedilər. Klub rəhbərliyi, məşqçilər korpusu da düşündülər ki, zədəli legioner nəyimizə lazımdı? Elə həmin ərəfədə baş məşqçi də dəyişmişdi. Yeni baş məşqçi komandada yerli futbolçuları görmək istəyirdi. Mən də yeni il tətilinə yollanmışdım. Belarusda olarkən sms aldım ki, "səni transferə çıxarıblar". Tətildən sonra Bakıya qayıtdım, rəhbərliklə görüşdüm. Dedilər ki, məni artıq komandada görmək istəmirlər. Bir-birimizə uğurlar arzulayıb, yollarımızı ayırdıq.
 
– Sən bir neçə dəfə baxışda olmusan. Onlardan hansı daha yaddaqalan olub?
– AZAL-dakı. İnsanlar həqiqətən "paçka"yla gəlirdilər. Komanda hələ istirahətdə idi, amma məşqçilər yeni oyunçuları sınayırdılar. Hər gün yeni legionerlər gəlirdi. Bir dəfə hətta bir vaqon gürcü gətirdilər. Ən azı 10 nəfər dəqiq idi. Təsəvvür edirsiz? Hər məşqə 25 yeni futbolçu çıxırdı. Hər gün ikitərəfli oyunlar keçirilirdi. Altı gün belə davam etdi. Yalnız yeddinci gün mənə dedilər ki, ofisə gəl, müqavilə bağlayacağıq. Toplanışın sonunda isə cəmi 6 futbolçu seçildi. Halbuki, təxminən 60 futbolçu baxışdan keçmişdi.

Arxiv

Dünya futbolu2021-01-16 09:00

Liqa 1 matçına koronavirus əngəli

Dünya futbolu2021-01-16 02:01

“Monako” səfərdə çətin qələbə

Dünya futbolu2021-01-16 01:43

Paytaxtda derbisində darmadağın

Dünya futbolu2021-01-16 01:26

“Bayer” səfərdən xalsız döndü

Ölkə futbolu2021-01-16 00:17

“Qarabağ” “Sumqayıt”a məğlub oldu

Dünya futbolu2021-01-15 22:57

“Fatih Karagümrük”dən səfər qələbəsi

Milli komanda2021-01-15 22:33

Millimizin rəqibinin heyəti açıqlandı

Dünya futbolu2021-01-15 21:47

Premyer Liqada ayın ən yaxşı məşqçisi

Dünya futbolu2021-01-15 21:22

Təbriz klubu səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-15 20:43

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-15 20:15

Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?