Ölkə futbolu
DÇ-2014-də 90 milyonluq fırıldaq
FIFA-nın biznes tərəfdaşı “Match Hospitality” şirkə…
FIFA-nın biznes tərəfdaşı “Match Hospitality” şirkətinin direktoru Rey Uilan DÇ-2014-də qara bazarda bilet satışının təşkilində şübhəli bilinir. Futbolinfo.az xəbər verir ki, 4 gündü axtarışda olan Uilan Braziliya polisinə təslim olub.
Ötən həftə polis tərəfindən dindirilən və azadlığa buraxılan 64 yaşlı iş adamı günahsız olduğunu bildirib.
Lakin Braziliya polisi beynəlxalq fırıldaqçılar qrupunun DÇ-2014-ün oyunlarında rəsmi şəxslər və VIP üçün nəzərdə tutulmuş biletlərin satışından əldə etdiyi 90 milyon dollarda Uilanın da əlinin olduğunu iddia edir.