Connect with us

Müsahibə

Berti Foqts: "Stadionda əsl Çempionlar Liqası atmosferi vardı"

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts &q…

-də paylaşıldı

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qarabağ" – "Zaltsburq" oyunu ilə bağlı müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" – "Zaltsburq" oyununu izlədiniz. Oyun və nəticə barədə fikirləriniz necədir?
– Bir neçə məqamla bağlı xoş təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, rəqibin kifayət qədər güclü olmasına baxmayaraq, komandanı oyuna düzgün hazırladığı, futbolçulara yüksək səviyyədə mübarizə əzmi aşıladığı üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda ən xoş sözlər deyə bilərəm. Xüsusi qeyd etmək istədiyim ikinci amil azarkeşlərlə bağlıdır. Dünən stadionda həqiqətən fantastik atmosfer vardı və buna görə hər bir azarkeşə təşəkkür etmək lazımdır. Ağdam şəhərini təmsil edən "Qarabağ" klubunun Avropanın ən nüfuzlu turnirlərindən birində çıxış etməsi Azərbaycan üçün siyasi baxımdan da çox vacibdir və həm də buna görə çox istəyərdim ki, "Qarabağ" Çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. "Qarabağ" – "Zaltsburq" oyunu zamanı stadionda əsl Çempionlar Liqası atmosferi vardı və Ağdam təmsilçisi 2:1 hesablı qələbə ilə Çempionlar Liqasının qrup mərhələsi istiqamətində, kiçik də olsa, addım ata bildi. Ümid edirəm ki, "Qarabağ" bu mübarizənin ikinci 90 dəqiqəsini də ilk oyunda olduğu kimi yüksək səviyyədə keçirə biləcək. Birinci hissədə "Qarabağ" ikinci qolu vura bilərdi, daha doğrusu, vurmalı idi. Fasilədən sonra isə komandada artıq yorğunluq hiss olunamağa başladı ki, bu da təbiidir. Çünki hesabda irəlidə olan komanda belə oyunlarda qol buraxmamağa çalışır və belədə çox güc itkisinə yol verilməsi normal haldır. Düşünürəm ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi 2:1 hesablı qələbədən daha əlverişli olardı. Çünki səfərdə vurulmuş 1 qol Avstriya təmsilçisi üçün əlavə üstünlük deməkdir. "Qarabağ" Bakıdakı oyunun ilk hissəsindəki mübarizə əzmini səfər qarşılaşmasının 70 dəqiqəsi ərzində ortaya qoymağı bacarsa, mərhələni adlaya bilər. Komanda yalnız nəticəni qorumaq barədə düşünsə, yalnız müdafiədə oynasa, işi çətin olacaq. Bir daha həm futbolçulara, həm də baş məşqçiyə oyuna və nəticəyə təşəkkür edirəm.
 
– "Qarabağ"ın start heyətində meydana 3 yerli futbolçu çıxmışdı. Məsələyə milli komandanın prizmasından yanaşsaq, heyətdə legionerlərin çoxluğu barədə nə deyə bilərsiniz?
– Komandanı formalaşdırmaq üçün mənə ən azı 11 futbolçu lazımdır. Qeyd etdiyiniz kimi, start heyətində Azərbaycan millisinə dəvət edə biləcəyimiz 3 futbolçu meydana çıxmışdı ki, onların hər üçü milli komandaya çağırılır. Qara Qarayevin oyunu haqda xoş sözlər deyə bilərəm. Bədavi Hüseynov son bir neçə ay ərzində oyununu xeyli inkişaf etdirib. Maksim Medvedev zədəsini bir müddət öncə sağaltmasına və formasını tam bərpa edə bilməməsinə baxmayaraq, "Zaltsburq"a qarşı tərifəlayiq səviyyədə oynadı. Amma ümumilikdə, "Qarabağ"ın heyətində xüsusi fərqləndirmək istədiyim futbolçu Reynaldodur. Onun da bir "qəbahəti" var ki, Azərbaycan pasportu yoxdur (gülür). Təbii ki, heyəti müəyyənləşdirmək klubun işidir və avrokubok oyunlarında daxili çempionatın limiti tətbiq olunmur. Əgər klubun məşqçisinin sərəncamında yerli futbolçulardan daha hazırlıqlı legionerlər varsa və məşçi həmin legionerlərin xidmətindən yararlanırsa, burada qeyri-adi heç nə yoxdur.
 
– "Qarabağ"ın "Zaltsburq"a qarşı meydana çıxan oyunçularının hər birini dəvət etmək imkanınız olsaydı, neçə futbolçunu Azərbaycan millisinə çağırardınız?
– Reynaldo və Almeyda şübhəsiz əsas heyətin üzvü olardı. Əgər onlar sərəncamımda olsaydı, tam məsuliyyəti ilə artıq bu gün deyərdim ki, Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaq. Amma yenə qeyd edirəm ki, onların pasport məsələsində "yanlışlıq" var (gülür).
 
– Admir Teli və Reynaldonun qırmızı vərəqə ilə cəzalandırılması futbolçuların intizamsızlığından, yoxsa yüksək təzyiqə davam gətirə bilməmələrindən qaynaqladı? Yaxud başqa səbəb vardı?
– Oyunda sərt mübarizə vardı, amma kobudluq yox. Hakimə sual vermək imkanım olsaydı, soruşardım ki, o, son dünya çempionatının oyunlarına baxıbmı?! "Zaltsburq"un futbolçusuna qırmızı kart göstərdikdən sonra sanki hakimdə özünü sığortalama instinkti baş qaldırdı. Həmin dəqiqələrdə oyunu mənimlə birgə izləyən həmkarlarıma dedim ki, bu gedişlə fasiləyə qədər "Qarabağ"ın da hansısa futbolçusuna qırmızı kart göstəriləcək. Təəssüf ki, belə də oldu. Kobudluğun o qədər də çox müşahidə olunmadığı bir oyunda səkkiz sarı, üç qırmızı vərəqə göstərilməsi yaxşı hal deyildi. Dünən xoş bir futbol axşamı idi, heyf ki, belə xoşagəlməz məqamlar da oldu.
 
– "Qarabağ"ın qol buraxdığı epizodda müdafiəçilər səhvə yol verdilər, yoxsa "Zaltsburq"un futbolçusu daha üstün texniki bacarıq nümayiş etdirdi?
– Beynəlxalq oyunlarda belə epizodlarda rəqibin topu bu qədər rahat qəbul etməsinə imkan vermək olmaz. Əlbəttə, həmin epizodda "Zaltsburq"un oyunçusu yüksək texniki ustalıq nümayiş etdirdi. Amma bu, müdafiəçilərimizə bəraət qazandırmır. Rəqib müdafiə olunan komandanın qapısına doğru nə qədər çox yaxınlaşırsa, müdafiəçilər rəqibin oyunçularına bir o qədər yaxın məsafədə olmalıdırlar. (AFFA)

Arxiv

Dünya futbolu2021-02-27 00:12

Eddi İsrafilovlu “Albasete” səfərdən 1 xalla döndü

Premyer-liqa2021-02-26 23:15

Xayme Romero: “Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunurlar”

Dünya futbolu2021-02-26 22:17

“Mançester Yunayted”in avrokuboklardakı yeni rekordçusu

Dünya futbolu2021-02-26 22:09

“Beşiktaş”dan darmadağın

Dünya futbolu2021-02-26 20:59

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Dünya futbolu2021-02-26 19:51

Avroliqada həftənin ən yaxşısı bilindi

I Divizion2021-02-26 18:15

PFL təxirə salınmış oyunların yeni tarixini açıqladı

I Divizion2021-02-26 17:57

PFL bir oyunun yerini dəyişdi

Dünya futbolu2021-02-26 17:25

FİFA Bekkenbauerlə bağlı işə xitam verdi

Ölkə futbolu2021-02-26 16:42

UEFA “Qarabağ”a ödəniş etdi

Dünya futbolu2021-02-26 16:20

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Digər2021-02-26 16:07

Xocalı faciəsi – 29 il – VİDEO

Digər2021-02-26 15:57

Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-02-26 15:23

ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

Dünya futbolu2021-02-26 15:04

“Liverpul”un kapitanı əməliyyat olundu

Müsahibə2021-02-26 14:51

Stankoviç çempionluqdan danışmaq istəmir: “2 oyun yaxşı oynayırıq, sonra isə…”

Dünya futbolu2021-02-26 14:33

Avroliqada həftənin rəmzi komandası

Ölkə futbolu2021-02-26 14:16

Volkov əməliyyat olunacaq

Premyer-liqa2021-02-26 13:41

Mövsümün rekord seriyası qırıldı

Ölkə futbolu2021-02-26 13:22

“Sabah”ın legionerləri üçün əlamətdar oyun

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm