Dünya futbolu
“Monako” “Şaxtyor”un iki üzvünə birdən təklif göndərdi
"Monako" "Şaxtyor"un futbolçuları Aleks T…
"Monako" "Şaxtyor"un futbolçuları Aleks Teyşeyra və Duqlas Kostanı heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, knyazlıq klubu bu iki futbolçuya görə Ukrayna təmsilçisinə 65 milyon avro ödməyə hazırdı.
"Monako" avqustun 8-nə kimi Teyşeyra və Kostanın transferini yekunlaşdırmaq istəyir. Çünki sözü gedən tarixdə Fransa Liqasına start veriləcək.
Xatırladaq ki, hər iki yarımmüdafiəçi təlim-məşq toplanışının ardından Ukraynaya qayıtmaqdan imtina edib.