Connect with us

Müsahibə

Pavol Farkaş: "Qəbələ"yə mükafat qazanmağa gəlmişəm"

“Qəbələ”nin slovakiyalı futbolçusu Pavol Farka?…

-də paylaşıldı

“Qəbələ”nin slovakiyalı futbolçusu Pavol Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla “Sumqayıt” (3:1) və “Araz Naxçıvan” (1:0) üzərində qələbələrdə pay sahibi olub. Futbolinfo.az xəbər verir ki, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini klub saytı ilə bölüşüb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
 
– Topaz Premyer Liqasının 10-cu turunda “Araz Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiz. Liderlər sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə olundu? 
– Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal qazandıq. Komandamız da qələbə qazanmağı bacardı. 
 
– Qarşılaşmanın taleyini həll edən qola imza atdız. Matçdan əvvəl belə olacağını gözləyirdiz? 
– Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odu ki, komanda qalib gəldi. Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi. 
 
– Artıq iki turdu vacib qollara imza atırsız. Ötən tur “Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən fərqlənmişdiz. Bu dəfə də qələbə qolunun müəllifi olduz. Mərkəz müdafiəçisinin belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiz? 
– Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidi. Bunun da nəticəsidi ki, top üzərimə gələndə fərqlənə bildim. 
 
– Standart vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi. Amma son iki matçda bundan istifadə etməyi bacardız… 
– Bu, futboldu. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı üçün maraqlıdı.
 
– Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusuz. 2006/07 mövsümündə “Nitra”, 2008/09 mövsümündə “Vasluy”da buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu yeniləmək haqda düşünürsüz? Növbəti turun “Bakı” ilə ev oyunu fərqlənəcəyinizi gözləmək olarmı?
– İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdi. Başqa heç nə. Qol vursam, yaxşıdı. Vurmasam da, əsas 3 xal qazanmağımızdı.
 
– İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan birisiz. Bu matçlarda “Qəbələ” 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb. Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiz? 
– Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik. 
 
– Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiz. Mükafatlar uğrunda mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiz? 
– Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də “Qəbələ”yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki, mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.

Arxiv

Dünya futbolu2021-01-23 09:32

Super Liqa klubu xorvat hücumçu aldı

Dünya futbolu2021-01-23 09:17

Subotiç Türkiyə klubu ilə müqaviləsinə xitam verdi

Ölkə futbolu2021-01-23 09:00

Keşlə bazarı, Keşlə stansiyası və “Keşlə”

Dünya futbolu2021-01-23 01:58

PSJ-dən darmadağın

Dünya futbolu2021-01-23 01:52

“Valyadolid” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-23 01:47

Hərəyə 2 qol, 1 xal

Dünya futbolu2021-01-23 01:34

“Borussiya”ların duelində 6 qol

Dünya futbolu2021-01-23 01:21

Dmitri Nazarovdan məhsuldar ötürmə

Dünya futbolu2021-01-23 00:35

“Qalatasaray”dan Onyekuru açıqlaması

Dünya futbolu2021-01-22 22:34

“Çelsi”dən “Milan”a transfer

Dünya futbolu2021-01-22 21:56

“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı

Dünya futbolu2021-01-22 21:31

Türkiyə klubu birini gətirdi, ikisi ilə vidalaşdı

Dünya futbolu2021-01-22 20:51

“Qalatasaray”da yeni hücumçu

Dünya futbolu2021-01-22 20:34

“Roma”ya mövsümdə ikinci dəfə texniki məğlubiyyət verildi

Dünya futbolu2021-01-22 19:56

“Barselona”nın 1/8 finaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-01-22 19:02

“Sumqayıt”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Digər2021-01-22 18:43

Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlandı

Premyer-liqa2021-01-22 18:37

“Onun sürüşmələrinə mən də əsəbiləşdim” – Yunis Hüseynov

Premyer-liqa2021-01-22 18:22

“Yeni transfer düşünmürük” – Ayxan Abbasov

Premyer-liqa2021-01-22 17:58

“Keşlə” “Sumqayıt”a da uduzdu

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?