Dünya futbolu
"Yuventus"da ciddi itki
İtaliyanın “Yuventus” klubu ciddi itki ilə üzləş…

İtaliyanın “Yuventus” klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Kvadvo Asamoah sıradan çıxıb.
Klubdan verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Qana millisinin də üzvü olan Asamoah 2012-ci ildə digər A Seriyası təmsilçisi “Udineze”dən “Yuventus”a keçib.