''İnter'' sabah  Avropa Liqasinin birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Moldovanın "Tiraspol" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Tiraspolda  keciriləcək ilk matç heç bir telekanalda yaylmlanmayacaq.
 
Amma azərbaycanlı azarkeşlər bu görüşü izləmək şansına malik olacaq. Belə ki, oyun  klub televiziyası vasitəsilə futbolsevərlərimizə təqdim olunacaq.
 
Əvvəlcə internet probleminin olacağından qorxan Bakı klubunun rəsmiləri arenaya baş çəkdikdən sonra yayım üçün əlverişli şəraitin olduğunu görüblər.

Qeyd edək ki, "Tiraspol" – "İnter" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp