Çempionlar Liqasında 2014/15 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, birinci təsnifat mərhələsi çərçivəsində keçirilən oyunlarda 4 komanda üz-üzə gəlib.
 
Andorra təmsilçisi  “Santa-Koloma” doğma meydanda Ermənistan “Banants”nı sınağa çəkib. Ev sahibləri rəqibini 1 qolla üstələyiblər. San-Marino “La-Fiorita”sı isə öz azarkeşləri qarşısında “Levariya”ya 1 qolla boyun əyib.
 
Qeyd edək ki, 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün növbəti – “Linkoln” (Cəbəllütariq) – "Torshavn” (Farer adaları) qarşılaşması keçiriləcək. Cavab görüşləri isə iyulun 8-də baş tutacaq.
 
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (İlk oyunlar)
1 iyul
 
Santa-Koloma (Andorra) – Banants (Ermənistan) – 1:0
Qol: Puyol, 5.
 
La-Fiorita (San-Marino) – Levadiya (Estoniya) – 0:1
Qol: Tamm, 90+3.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp