AZAL yeni mövsümə hazırlıq çərçivəsində ikinci mərhələyə başlayıb. Futbolinfo.az xəbər verir ki, iyunun 28-də Azərbaycan tələbə yığması ilə yoldaşlıq oyunu (3:0) keçirdikdən sonra 3 günlük istirahət şansı qazanan futbolçular bu gün yenidən bazada bir araya gəlib.
 
Komanda üzvləri bu gündən etibarən gücləndirilmiş rejimdə çalışacaq. Belə ki, mərhələnin sonuna qədər gündə iki məşq olacaq.
 
Bugünkü səhər məşqinin ilk 15 dəqiqəsi trenajor-zalda baş tutub və futbolçuların əzələ kütləsini artırmasına hesablanıb. Ardından meydan məşqlərinə keçən komanda üzvləri müəyyən məsafələrə qaçış üzərində işləyib. Hazırlıq çərçivəsində 6×6 olmaqla yarımmeydanda ikitərəfli oyunlar da keçirilib. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp