Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" sabah səfərdə Moldova "Tiraspol"u ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, komandamızda Səlahət Ağayevdən başqa ciddi itki yoxdu.
 
Əslində qapıçının durumu hazırda normaldı Ancaq baş məşqçinin zədədən yeni qayıtmış əlcək sahibinə şans verib-verməyəcəyi bəlli deyil.
 
Yeri gəlmişkən, Kaxaber Sxadadzenin də aldığı cəza qüvəddədi. Belə ki, o ötən mövsüm Avropa Liqasının ikinci təsnifat mərhələsi zamanı Norveçin "Tromse" komandası ilə matçda 2 oyunluq cəzalanmışdı. Buna səbəb isə onun matç zamanı oyunu idarə edən hakimə kobud şəkildə etiraz etməsi səbəb olmuşdu. Buna görə də gürcü çalışdırıcı həm Moldovada, həm də Bakıda oyundan sonra təşkil olunmuş mətbuat konfransında iştirak etməyəcək. Klubun çıxışı ilə bağlı sualları onun köməkçisi Zaur Svanadze cavabalandıracaq.
 
Qeyd edək ki, "Tiraspol" – "İnter" matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp