Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" bu gün sözügedən ölkədə növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Böyükağa Hacıyev yetirmələrini bu dəfə Almaniyanın "Dinamo" (Drezden) klubu ilə oyunda sınayıb.

Paytaxt klubu bu dəfə də məğlubiyyətlə üzləşib.

 
Qeyd edək ki, "Neftçi" Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı – 2:2. Rumıniyanın "Botoşani" klubu ilə oyunda isə "ağ-qaralar" 0:3 hesabıyla uduzmuşdu. Türkiyə toplanışı zamanı isə "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
 
Yoxlama oyunu
6 iyul
Neftçi – Dinamo – 1:2
 
“Neftçi”nin start heyəti: Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Bruno Bertuççi, Erik Ramos, Mirhüseyn Seyidov, Araz Abdullayev, Samir Məsimov, Flavinyo, Ernest Nfor.
 
Matç başladı
7-ci dəqiqədə Məsimov hesabı açır – 1:0
15-ci dəqiqədə drezdenlilər hesabı bərabərləşdirirlər – 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladə
50-ci dəqiqədə "Dinamo" hesabda önə keçir – 1:2
56-cı dəqiqədə Flavinyo penaltidən istifadə edə bilmir. O, hətta topa təkrar zərbə də vura bilmir. Hər iki halda qolkiper dəqiq oynayır
Matç başa çatdı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp