Gələn mövsüm üçün transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” klubu daha bir futbolçunu heyətinə qatmaq istəyir. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, сənub təmsilçisi “Beşiktaş”ın təcrübəli müdafiəçisi İbrahim Toramana təklif göndərib.
 
Mənbədə qeyd olunur ki, “ağ-yaşıllar” 32 yaşlı 2 illik müqavilə, illik 1.5 milyon avro maaş və kapitanlıq təklif edib. Cənublulardan başqa ötən mövsüm komanda yoldaşı ilə dalaşdığı üçün, əsas heyətdən kənarlaşdırılan Toramana Qətər klubundan da təklif gəldiyi deyilir.
 
Qeyd edək ki, 2002-2010-cu illər ərzində Türkiyə millisinin də formasını geyinən İbrahim Toraman 2004-dən İstanbul klubunda çıxış edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp