“Qəbələ” klubu daha bir futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən gün Bakıya gətirdiyi mərkəz müdafiəçisi Pavol Farkaşla münasibətlərini rəsmiləşdirib.
 
“Qırmızı-qaralar” slovakiya millisinin sabiq futbolçusu ilə 1 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, "Nitra", "Petrjalka" (Slovakiya), "Vaslui" (Rumıniya) və, "Kyevo" (İtaliya) kimi klublarda çıxış etmiş 29 yaşlı futbolçunun son iş yeri İtaliyanın “Ternana” (icarə) komandası olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp