“Qəbələ”nin yeni transferi Pavol  Farkaş “qırmızı-qaralar”a keçidi ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasında çıxış edəcəyi günü səbirsizliklə gözlədiyini deyib:
 
“Burada meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. İtaliyadakı karyeramdan sonra həyatımda yeni səhifə açılır. Bu transfer elə də uzun vaxt aparmadı. “Qəbələ” rəsmilərinin düzgün işi nəticəsində tez bir zamada müqavilə bağladıq. Onu da qeyd etməliyəm ki, bu keçiddə “Vasluy”da çıxış etdiyim vaxtdan məni tanıyan baş məşqçi Dorinel Muntyanunun böyük rolu oldu”.
 
Farkaş çempionatımızın və klublarımızın səviyyəsi haqqında da danışıb: “Bura çox maraqlı bir yerdi. Açığı, çempionatın başlamasını səbirsizliklə gözləyirəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsini yaxşı öyrənim. Burada “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü klublar var və onlar asanlıqla səviyyəli legionerlər gətirə bilirlər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp