"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, iyulun 6-da "Viktoriya" (Plzen) ilə qarşılaşan komanda dünən axşam bir məşqlə kifayətlənib.
 
Bu gün komanda səhər saatlarında fitnesə yollanmaq məşq prosesinə start verib.
 
Komandanın axşam məşqi yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) baş tutacaq.
Sonda onu da bildirək ki, "Qarabağ" iyulun 8-də yerli vaxtla 18:00-da Almaniya təmsilçisi "Sonnenhof Großaspach"la (Qrossaşpax) qarşılaşacaq. Bununla da komanda 5 oyunluq planını doldurmuş olacaq. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp