"Çelsi" ilə yollarını ayıran Eşli Koul karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, "Sky Sport Italia" təcrübəli sol cinah müdafiəçisi azad agent kimi "Roma"ya keçdiyini açıqlayıb.
 
Məlumatda bildirilir ki, artıq tərəflər arasında müqavilənin bütün detalları razılaşdırılıb. Transferin sabah rəsmən açıqlanacağı qeyd olunub. Anlaşma 2+1 sistemi üzrə nəzərdə tutulub.
 
Son mövsümdə Koul Çelsinin heyətində 23 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp