“Monako” iki məşhur futbolçuya “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, knyazlıq təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan və “İnter”in üzvü Mauro İkardi ilə maraqlanır.
 
"Monako" artıq Madrid təmsilçisilə danışıqlara start verib. Onlar həmçinin Ardaya da yüksək məvacibli müqavilə təklif etmək fikrindədilər.
 
Liqa-1 təmsilçisi İkardinin keçidinə görə isə 35 milyon avro ödəməyə razılıq verərsə, transfer baş tuta bilər. Lakin “Monako” məbləği çox sayır.
 
Radamel Falkao "Real"a keçərsə, bu transfer reallaşa bilər.
Shares: