Futbol üzrə Portuqaliya kubokunda 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Jil Visente" ilə üz-üzə gəlib.  
Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Amma "Atletiko" ilk matçda rəqibinə 0:2 hesabı ilə uduzduğuna görə, növbəti mərhələyə adlaya bilməyib və mübarizəni dayandırıb. Start heyətdə meydana daxil olan Quluzadə isə 68-ci dəqiqədə Pedro Ribeyro ilə əvəzlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp