Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra əvəzedici heyətlərin çempionatında 14-cü turunun cəzaları açıqlanıb.
“Bakı” ilə matçın 90+3-cü dəqiqəsində “İnter”in futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Simurq”la oyunun 81-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
“Neftçi” ilə matçın 77-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
(PFL)