Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" doğma arenada "Tuzlaspor"la qarşılaşıb.
 
Görüş Qaziantep təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Hacıyev 46-cı dəqiqədə əvəzlənib. Cavadov da 90 dəqiqə meydanda qalsa da, Budakın adı heç matçın iştirak ərizəsində də olmayıb.
 
Qeyd edək ki, "Qaziantep BB" 1-ci, "Tuzlaspor" isə 3-cü Liqada mübarizə aparır.

 

Shares: