Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da ilk matçına çıxıb.
 
Manisalılar səfərdə "Akhisar BB" ilə üz-üzə gəlib. Görüş qonaqların 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 58-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Manisaspor" PTT 1-ci Liqasında, "Akhisar BB" isə Superliqada mübarizə aparır.
Shares: