London “Arsenal”ı təkidlə almaq istədiyi “Şalke”nin yarımmüdafiəçisi Yulian Drakslerin transferindən imtina edib. Futbolinfo.az xəbər verir ki, bu addımın atılmasında “topçular”ın 2 əsası var.
 
Birincisi “şaxtaçılar”ın 20 yaşlı futbolçuya görə tələb etdiyi 36 milyon funt məbləğdən aşağı düşməməsi, ikincisi oyunçunun sağlamlığının yerində olmaması. Belə ki, müayinə zamanı Drakslerin tənəffüs sistemində problem olduğu üzə çıxıb. Bundan sonra baş məşqçi Arsen Venger bu transferdən vaz keçdiklrəini açıqlayıb.
Shares: