İngiltərə Premyer Liqasında çətin günlər keçirən "Fulhem" ulduz futbolçusu ilə vidalaşmaq ərəfəsindədi. Futbolinfo.az xəbər verir ki, söhbət təcrübəli qolçu Dimitar Berbatov da gedir.
 
Bolqar forvardla "Monako" yaxından maraqlanır. Fransa mətbuatına inansaq, knyazlıq təmsilçisi hücumçunu icarəyə götürmək istəyir.Komandanın aparıcı futbolçusu Radamel Falkaonun sıradan çıxması komandanı bu addımı atmağa məcbur edib. 33 yaşlı oyunçunun "Monako"ya getməyə müsbət baxdığı bildirilib.
 
Qeyd edək ki, “Fulhem” də ötən günlərdə “Olimpiakos”dan Konstant Mitroğlunu transfer etdiyi üçün Berbatovu ayrılmasına etiraz etmir.
Shares: