"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək.
 
Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.  
 
1986-cı ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər-Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub. 
Shares: