İtaliyanın “Napoli” klubu Braziliya “Palmeyras”ından futbolçu alıb. Futbolinfo.az xəbər verir ki, vaxtilə Avropda çıxış etmiş Henrikeni heyətə qatılıb.
Klubun saytında yer alan məlumata görə, A Seriyasında çempionluq yarışı aparan neapollular 27 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə bağlayıb. Bu keçid onlara 4 milyon avroya başa gəlib.
Qeyd edək ki, Henrike 2008-12-ci illərdə “Barselona”nın futbolçusu olub. Lakin bu dövrün hamısını “Bayer”, “Rasinq” və “Palmeyras”da icarədə olan “sambaçı” “Barsa” forması ilə bir oyuna belə çıxmayıb.