"Xəzər Lənkəran" transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeyro de Oliveyranın keçidini həll edib. Futbolinfo.az xəbər verir ki, San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin "Bahia" klubunun yetirməsidi.
 
"Vasko da Qama" və "Fluminense"də az müddət çıxış edəndən sonra, Elias 3 il "Atletico Qoainense"nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Eyn" klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu "Fiqeyrense"də çıxış edib.
 
Son iş yeri Braziliya A Seriyası təmsilçisi "Atletiko Paranaense" olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi "Ponte Preta"nın heyətində keçirib.
 
Futbolçu ilə "Xəzər Lənkəran" arasında növbəti mövsümün sonuna qədər olan müddətdə müqavilə imzalanıb.
Shares: