Connect with us

Müsahibə

Medvedev: "Başımıza nə oyunlar gəldi"

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsind?…

-də paylaşıldı

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Qəbələ”ni qonaq edib. Futbolinfo.az xəbər verir ki, qonaqların 1:0 hesabı ilə qələbə qazandığı matçdan sonra meydan sahiblərinin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablayıb. 
– Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
– Mənim üçün maraqlı oyun oldu. Bildiyiniz kimi, futbolçularımızın əksəriyyəti uzun müddətdi ki, bir yerdə deyildi. İlk hissədə taktiki cəhətdən bəzi problemlərimiz var idi. İkinci hissədə oynumuz bir az düzəldib, qol epziodları yaratsaq da, bundan yararlana bilmədik. Bir az da bəxtsizliklə üzləşdik. Amma belə pis oynamadıq. Gələn oyunlarda qalib gəlməyə çalışacağıq. 
– Komandada arxayınçılıq varmı?
– Xeyr, arxayınçılıq yoxdu. Özünüz də gördünüz ki, ikinci hissədə həmişəki kimi oyunumuzu nümayiş etdirdik. Sadəcə milli komandadan gələn bəzi futbolçular yorğun idi, bəzi futbolçular ayrılıqda məşq edirdi, mən zədəli olduğuma görə 6 gün məşqlərdə iştirak etməmişdim. Amma yenə də gördüyünüz kimi fasilədən sonra hər şey öz qaydasında getdi.  Sadəcə qol vura bilmədik. 
– Komandanızın millidə çıxış edən futbolçuları ayın 26-ı vətənə qayıdıb, 1 gün sonra oyuna çıxdılar. Bunun məğlubiyyətinizdə nə kimi rolları oldu?
– Məncə, bu problem deyil. Çünki Avropa Liqasında gün olub ki, birbaşa hansısa ölkədən Qəbələyə gəlib, oyuna çıxmışdıq. Sadəcə ola bilər ki, psixoloji cəhətdən bir az yorğunluq ola bilər. Düşünmürəm ki, millinin futbolçularına görə məğlub olduq. Fikir verdinizsə, matçın ən yaxşıları da yığmada çıxış edən futbolçular idi. 
Əsas rəqiblərinizdən olan “İnter” bu gün qalib gəldi və xal fərqi 6-ya düşdü… 
– Təbrik edirəm “İnter” futbolçularını. Düzdü, rəqib bir az bizə yaxınlaşsa da, arada 6 xallıq fərq var. Biz də çalışacağıq ki, bu fərqi qoruyaq. Bilmək olmaz, ola bilsin, bu fərq artdı və ya azaldı.  “İnter” və “Neftçi” ilə qarşıda hələ oyunlarımız var. 
– Sizcə, bugünkü məğlubiyyət çempionatın xeyrinə oldumu?
– Razıyam. Xal fərqi böyük olan kimi rəqib futbolçularda artıq bildirirlər ki, “Qarabağ”ı təbrik edirik. Bu hal heç də bizə xoş gəlmir. Məncə, bundan sonra daha da maraqlı çempionat gedəcək. 
– Hər kəsin “Qarabağ”ı çempion kimi görməsi futbolçularda arxayınçılıq yaradırmı?
– Düzdü, komandanı bir az rahatlaşdırır. Amma biz nə edə bilərik ki? Azarkeşlər “çempion buraya” deyə qışqırır? Bu da bizdə arxayınçılıq yaradır. Hərdən mətbuatda da yazırlar ki, “Qarabağ” artıq çempiondu. Amma nəzərə almaq lazımdı ki, bu 5 il dalbadal başımıza nə oyunlar gəldi və qalib ola bilmirdik. 
– Siz hamınız peşəkar futbolçularsınız. Sizə elə gəlmirmi  ki, bu cür hallar oyunçulara təsir etməməlidi. 
– Mən bir şeyi qeyd etmək istəyirəm ki, avrokuboklarda elə də pis nəticə göstərmədik. Həmin vaxt da biz eyforiyaya qapıla bilərdik. Amma gördüyünüz kimi belə bir şey baş vermədi. Əksinə, baş məşqçi futbolçuara bildirdi ki, daha sadə olun, daha peşəkar yanaşın işinizə ki, daim nəticə qazana biləsiniz. Ona görə də inanmıram ki, indi hansısa futbolçumuzda arxayınçılıq olsun.
– Oyundan sonra Qurban müəllim futbolçulara nəsə dedimi?
– Futbolçuları yaxşı oyuna görə təbrik etdi.
ELMAR ABDULLA-ZADƏ

Arxiv

Dünya futbolu2021-04-19 01:53

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-04-19 01:24

“Atletiko” darmadağınla qalib gəldi, “Real” xal itirdi

Dünya futbolu2021-04-19 00:59

“Yuventus” uduzdu, “İnter” xal itirdi

Dünya futbolu2021-04-19 00:37

“Çelsi”nin finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-04-18 23:14

“Arsenal” büdrədi, “Mançester Yunayted” qalib gəldi

Dünya futbolu2021-04-18 22:14

“Fənərbaxça”dan çətin qələbə

Dünya futbolu2021-04-18 20:39

UEFA-dan Avropa Super Liqası ilə bağlı sərt mövqe

Dünya futbolu2021-04-18 19:49

“Borussiya”dan darmadağın

Ölkə kuboku2021-04-18 19:02

Yarımfinal rəqəmlərin gözü ilə

I Divizion2021-04-18 18:12

“Kəpəz” uduzdu, “Zaqatala” səfərdə qələbə qazandı

Ölkə futbolu2021-04-18 18:00

Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-04-18 17:35

“Neftçi”də Akademiya gündəliyi – VİDEO

Ölkə futbolu2021-04-18 17:17

“Özümüzə inanırıq” – “Neftçi”nin legioneri

Dünya futbolu2021-04-18 16:54

“Başakşəhər”in futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-04-18 16:24

“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı

Dünya futbolu2021-04-18 16:10

Dadaşov ABŞ-da növbəti qolunu vurdu

Premyer-liqa2021-04-18 15:34

14-cü bombardir: 100-cü oyun, 25-ci qol

I Divizion2021-04-18 15:04

Birinci Divizionda 23-cü turun oyun cədvəli

Ölkə futbolu2021-04-18 14:45

“Qarabağ” 15-ə çatdı

Premyer-liqa2021-04-18 14:32

Premyer Liqada 24-cü turun oyun cədvəli

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Gündəm