Ölkə futbolu
Bakıda "Qəbələ günü"
Ötən gün Bakıda – Gənc Tamaşaçılar Teatrında &q…
Ötən gün Bakıda – Gənc Tamaşaçılar Teatrında "Qəbələ günü" keçirilib. Futbolinfo.az xəbər verir ki, bu tədbir Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliğ olunması, regionlararası mədəni əlaqələrin gücləndirilməsi, bölgələrin turizm potensialının işıqlandırılması məqsədi ilə "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində baş tutub.
Burada Qəbələnin adət-ənənələrini, tətbiqi sənət, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərgi təşkil edilib. Sərgidə "Qəbələ" İdman Klubu da təmsil olunub. "qırmızı-qaralar"ın müxtəlif idman növlərində beynəlxalq turnirlərdə qazandığı kuboklar, medallar və klub aksessuarları nümayiş etdirilib. Paytaxt sakinlərinin marağına səbəb olan sərgidə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, millət vəkili Fəttah Heydərov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib. "Qəbələ" İdman Klubunun stendini ziyarət edən fəxri qonaqlara klubun atributları hədiyyə olunub.
(Klub saytı)
- Premyer-liqa17 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Digər22 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi
- Milli komanda2 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa18 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi