Connect with us

Ölkə futbolu

Rövnəq Abdullayev: "Artıq heç bir klub bir adamın olmayacaq"

Bu gün Dövlət Neft Şirkətinin binasında baş tutan iclas…

-də paylaşıldı

Bu gün Dövlət Neft Şirkətinin binasında baş tutan iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev bu sözləri deyib: 
“Bu gün nəinki "Neftçi"də, Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi. Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, bu şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da razılıq verdilər bu Şurada iştirak etməyə. Biz də "Neftçi" Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. "Neftçi"nin aksiyaları buraxılacaq. Biz də gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.
 
Komandanın aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi  ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşları var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Artıq hər klub öz bölgəsinin klubu olacaq, orda hamı cavabdeh olacaq. Məncə, bu daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinn giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza dəstəyi olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.
 
Ardından çıxış edən Çingiz Abdullayev incikliyini bildirib: “Son iki gündə bu barədə çox oxudum. Futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.
 
– Düz başa düşdüksə, "Neftçi" artıq futbol brendinə çevrilib. Sizin missiyanız nə olacaq? Beynəlxalq aləmdə bu klubu tanıtmaq üçün hansı addımlar atacaqsınız?
Çingiz Abdullayevə ünvanlanan bu suala AFFA prezidenti Rövnəq Abdullayev cavab verib: "Birinci ölkə daxilində uğurlar qazansın. İlk növbədə azarkeşləri bura yığmaq lazımdı. Çingiz müəllimin də bunda böyük rolu olacaq.
 
Ç.Abdullayev: – Oturan kimi dedim ki, Olimpiya stadionunu "Neftçi"yə verin. Amma dedilər ki, əvvəlcə indiki stadionu doldurun. Hamı gəlməlidi ki, böyük stadion dolsun.
 
– Çingiz müəllim, yeni sistemdə "Neftçi"nin hansı planları var?
– İlk iş yığışıb danışmaqdı. İnsan vəzifəyə gələndə düşünür ki, hamıdan ağıllıyam. Bu yanlış düşüncədi. Mən o vaxt elə bilirdim ki, harasa rəhbərlik edə bilmərəm. Amma sonra Yazıçılar Birliyinə çağırdılar, rəyasət heyətinə rəhbərlik etməli idim. Halbuki, onda dahi şəxsiyyətlər var idi. Dedim ki, mən bu iclası apara bilmərəm. O vaxt onlardan biri desəydi ki, cavansan, dur get, gedərdim. İndi "Neftçi"də də təcrübəli adamlar var, ömür boyu futbolla məşğul olanlar var. Səmədağa Qurbanovun oyununu yaxşı xatırlayıram. İlk növbədə məsləhətləşməliyik. Bu təcrübəlilər nə məsləhət verirlər. Fakt mən yazıçıyam. Bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacam. Əgər növbəti seçkidə məni ismətəsələr, burda qalmayacam.
 
– Müşahidə Şurasında jurnalist olmayacaq? AFFA tərəfindən bu məsələ də qeyd edilmişdi…
– Rövnəq Abdullayev: Seçim dediyim kimi, yerlərdə olacaq. Rayonlarda ictimaiyyət özü seçəcək. Bu məşvərətli orqan olmayacaq. Qərar verən orqan olacaq. Futbolda hələlik gəlir gözlənilmir. Hazırda iki variantımız var, bununla bağlı hökumətlə də, nazirlərlə də danışırıq. Böyük bazalarımız var. Onların inkişafına çalışırıq. Federasiya hamısının öhdəliyini üzərinə götürə bilməz. Klubları şirkətlərin maliyyə asılılığından qurtarmağa çalışırıq.
 
– Klubun idarəetməsi necə olacaq?
– Rövnəq Abdullayev: İcraçı-direktor olacaq, idman-direktorları olacaq. Bunları yavaş-yavaş təkmilləşdirəcəyik.
 
(apasport.az)
 
 

Arxiv

Dünya futbolu2021-01-18 20:00

“Barselona”nı məğlub edib, tarixə düşdü

Ölkə futbolu2021-01-18 19:41

“İmkanlardan maksimum yararlanmağa çalışıram” – VİDEO

Ölkə futbolu2021-01-18 19:23

“Qəbələ”nin “Zirə” ilə 23-cü dueli

Digər2021-01-18 19:00

Kəlbəcərin Alolar kəndi – VİDEO

Digər2021-01-18 18:44

Azərbaycanda koronavirusa 118 yeni yoluxma

Müsahibə2021-01-18 18:32

“Neftçi”nin liderliyi üzərimizdə təzyiq yaratmır”

Ölkə futbolu2021-01-18 17:47

“Neftçi” günü bir məşqlə başa vurdu

Dünya futbolu2021-01-18 17:07

Milli komandada baş məşqçi ayrılığı

Dünya futbolu2021-01-18 16:37

“Çelsi”dən Super Liqa klubuna

Dünya futbolu2021-01-18 15:53

Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

Ölkə futbolu2021-01-18 15:14

“Sumqayıt” ayrılığı rəsmən açıqladı

Ölkə futbolu2021-01-18 14:43

“Ən böyük səhvim Azərbaycandan ayrılıb, “Peykan”a qoşulmaq oldu”

Dünya futbolu2021-01-18 14:11

“Milan” futbolçusunu icarəyə verdi

AÇ-20202021-01-18 13:44

Berti Foqtsdan UEFA-ya: “Avropa çempionatını təxirə salın”

Ölkə futbolu2021-01-18 13:21

“Sumqayıt” “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək

Digər2021-01-18 12:56

Füzulinin Merdinli kəndi – VİDEO

Dünya futbolu2021-01-18 12:00

Messi bu aqibətlə ilk dəfə üzləşdi, 4 oyunluq cəza ala bilər

Digər2021-01-18 11:31

Ağdamın Xıdırlı kəndi – VİDEO

Dünya futbolu2021-01-18 11:17

“Mənim üçün bir xəyal gerçək olur” – Özil

AÇ-20202021-01-18 10:45

AÇ-2020 üçün müsahibə mərhələsinə start verilir

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?