Connect with us

Ölkə futbolu

Sifarişli siyahıda “futbol nökərləri”nə yer yoxdu

Dövlət Neft Şirkətinin binasında baş tutan bugünkü…

-də paylaşıldı

Dövlət Neft Şirkətinin binasında baş tutan bugünkü iclasda seçilmiş jurnalistlər var idi. “Neftçi”nin Müşahidə Şurasının tərkibinin təsdiqləndiyi tədbirə yalnız telekanallar, bəzi qəzet və saytların əməkdaşları dəvət olunmuşdu.
Həmkarlarımızla işimiz yox, bacarana can qurban, amma onlar da bizdən inciməsin, haqqımızı tələb etmək zorundayıq. Nəyə görə o tədbirdə Azərbaycan futbolu üçün həqiqətən nökərçilik edən jurnalistlər gözə dəymədi?
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin telefonu həmişə klubda əcaib şeylər baş verəndə susur, zəng çatmır. Çünki bu adam orada məhv edilmiş fiqurdu, kimisə tənqid etmək, vurmaq lazım olanda ortaya atılır, tədbirə dəvətli jurnalistlər seçiləndə onun fikri heç kimə lazım olmur. Axı o kimdi ki? Yalnız mədhiyyə demək və kimləri isə şərləmək üçün lazım olan “piyada”.
Bu siyahını kim hazırlayıb? Hamı hədəf kimi “Neftçi”ni göstərə bilər. Amma siyahıya diqqət yetirdikdə aydın olur ki, AFFA-nın baş katibi Elxan Məmmədovu qamçılayanlar, onun cinayətlərini açıb-ağardanlar kənarda qalıb. Siyahı da onun sifarişidi. O siyahıda Elçin Cəlilov, Əli Sahib, Rəşad Ergün, Natiq Muxtarlı, Emin Abbasov, Kənan Məstəliyev, Amal Abuşov və başqa həqiqi qələm əhli ola bilməzdi. Axı, onlar Çingiz Abdullayevə, Bəhram Bağırzadəyə sıradan sual verməyəcəkdi, birbaşa, amma mədəni şəkildə “burada nə itiniz azıb” deyəcəkdilər. Bu isə Elxan Məmmədova lazım deyil, onun işğal planının üzə çıxması demək olacaqdı.
Qapı arxasında qalanlar arasında futbolinfo.az-ın da əməkdaşı vardı. Bütün günü çempionat matçlarında olan, hər həftə rayonlara səfər edən, yığmanın oyunlarını işıqlandırmaq üçün qrup halında stadiona tələsən futbolinfo.az-ın. Belə də olmalıydı, çünki biz baş katibə çəpik çalan deyilik, barmağımızı gözə soxanıq. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu baş katibin diqtəsi ilə hazırlayıb “Neftçi”yə təsdiq üçün siyahı göndərəndə bunları nəzərə alır.
Artıq bıçaq sümüyə dirəndi. AFFA, “Neftçi” işə, bacarığa, obyektivliyə qiymət vermədisə, ayrı-seçkiliyə əl atdısa, cavabı eyni olacaq. Qoy Abbaszadə, Nərimanoğlu çıxıb, əksər media nümayəndələrinin kənarda qalmasına, adlarının siyahıya salınmamasına izahat versin, səbəb göstərsin. Göstərə bilməsələr, biz göstərəcəyik.
VÜSAL MAHMUDOV

Arxiv

Ölkə futbolu2021-01-18 20:32

“Azərbaycandakı şəraiti görəndə təəccübləndim”

Dünya futbolu2021-01-18 20:00

“Barselona”nı məğlub edib, tarixə düşdü

Ölkə futbolu2021-01-18 19:41

“İmkanlardan maksimum yararlanmağa çalışıram” – VİDEO

Ölkə futbolu2021-01-18 19:23

“Qəbələ”nin “Zirə” ilə 23-cü dueli

Digər2021-01-18 19:00

Kəlbəcərin Alolar kəndi – VİDEO

Digər2021-01-18 18:44

Azərbaycanda koronavirusa 118 yeni yoluxma

Müsahibə2021-01-18 18:32

“Neftçi”nin liderliyi üzərimizdə təzyiq yaratmır”

Ölkə futbolu2021-01-18 17:47

“Neftçi” günü bir məşqlə başa vurdu

Dünya futbolu2021-01-18 17:07

Milli komandada baş məşqçi ayrılığı

Dünya futbolu2021-01-18 16:37

“Çelsi”dən Super Liqa klubuna

Dünya futbolu2021-01-18 15:53

Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

Ölkə futbolu2021-01-18 15:14

“Sumqayıt” ayrılığı rəsmən açıqladı

Ölkə futbolu2021-01-18 14:43

“Ən böyük səhvim Azərbaycandan ayrılıb, “Peykan”a qoşulmaq oldu”

Dünya futbolu2021-01-18 14:11

“Milan” futbolçusunu icarəyə verdi

AÇ-20202021-01-18 13:44

Berti Foqtsdan UEFA-ya: “Avropa çempionatını təxirə salın”

Ölkə futbolu2021-01-18 13:21

“Sumqayıt” “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək

Digər2021-01-18 12:56

Füzulinin Merdinli kəndi – VİDEO

Dünya futbolu2021-01-18 12:00

Messi bu aqibətlə ilk dəfə üzləşdi, 4 oyunluq cəza ala bilər

Digər2021-01-18 11:31

Ağdamın Xıdırlı kəndi – VİDEO

Dünya futbolu2021-01-18 11:17

“Mənim üçün bir xəyal gerçək olur” – Özil

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?