Ölkə futbolu
"Kəpəz"dən daha 2 transfer
Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış ed?…

Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək "Kəpəz" klubu heyətinə daha iki yeni futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiə və yarımmüdafiə xəttini gücləndirib.
Belə ki, ötən mövsüm "Simurq"un formasını geyinən Tural Axundovla AZAL-ın sabiq futbolçusu Şəhriyar Rəhimov qarşıdakı mövsümü "Kəpəz"in heyətində keçirəcək.
Hər iki futbolçu Gəncə klubunun heyətinə qatılaraq, məşqlərə başlayıblar. Məlumatı "Kəpəz"in baş məşqçisi Şahin Diniyev də təsdiqləyib.
Qeyd edək ki, "Kəpəz" buna qədər Bəxtiyar Soltanov ("Qəbələ"), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ", icarəyə), Ceyhun Cavadov, Tural Nərimanov (hər ikisi "Rəvan"), Rəşad Əzizli ("Simurq") və Azad Kərimovla ("Bakı") anlaşmışdı.
(apasport.az)
- Premyer-liqa13 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa21 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion21 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər19 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi