Connect with us

Ölkə futbolu

"Xəzər Lənkəran"lıların səfər təəssüratları – FOTO

Bildiyiniz kimi, futbol üzrə Azərbaycanın U-17 milli komandas?…

-də paylaşıldı

Bildiyiniz kimi, futbol üzrə Azərbaycanın U-17 milli komandası bu yaxınlarda Qazaxıstanda keçirilən “Prezident Kuboku” turnirində iştirak etdi. Futbolinfo.az xəbər verir ki, finala qədər yüksələn millimiz İspaniyadan olan həmyaşıdlarına yalnız həlledici görüşün oyunsonrası penaltilər seriyasında məğlub oldular. Millinin heyətində “Xəzər Lənkəran”ın iki yetirməsi İbrahim Qədirzadə və Yusif Həsənov da var idi. Hər iki futbolçu klub saytı ilə turnir haqqında təəssüratlarını bölüşdü.
 
İbrahim Qədirzadə Qazaxıstandan əla təəssüratlarla döndüyünü deyir: “Belə turnirlərdə iştirak mənim üçün yaxşı təcrübə oldu. Turnirdən əvvəl Gürcüstanda təlim-məşq toplanışı keçdik, məncə, o toplanışın bəhrəsini gördük. Ən çətin oyun mənim üçün final görüşü oldu. İspaniya millisi çox səviyyə cəhətdən digər rəqiblərdən çox fərqlənirdi. Heyətlərində “Barselona”nın, “Atletiko”nun akademiyalarının futbolçuları var idi”.
 
Millidə klubdan fərqli olaraq daha çox müdafiəyə meyilli oyun sərgiləyən Qədirzadə bunu məşqçi təlimatları ilə izah edir: “Baş məşqçinin tapşırığına uyğun oynayıram. Millidə məndən daha çox müdafiənin qabağında oynamaq tələb olunur. Klubda isə baş məşqçimiz hücuma dəstək verməyimi istəyir, ona görə çempionatda daimi olaraq fərqlənirəm və uzaqdan qapını tez-tez yoxlayıram”.
 
Qədirzadə gələn ölkəmizdə keçiriləcək U-17 Avropa Çempionatını böyük həvəslə gözlədiyini deyir: “Bu turnirlər, tez-tez keçirdiyimiz təlim-məşq toplanışları hamısı Avro-2016 üçün hazırlıqdır. Yaxşı hazırlaşmağımız üçün bütün şərait yaradılır. Turnirdə yaxşı iştirak edəcəyimizə inanıram”.
 
Cənub klubunun digər futbolçusu Yusif Həsənov isə turnirdə asan oyunun olmadığını düşünür: “Bütün oyunlar çətin keçdi. Buna baxmayaraq, yaxşı oyun göstərməyi bacardıq. Birinci yeri də tuta bilərdik, sadəcə penaltilərdə bəxtimiz gətirmədi”.
 
Təəssüf ki, Yusifin finala doğru yolunu Gürcüstanla oyunda aldığı zədə kəsdi: “Gürcüstanla oyunda möhkəm zədələndim. Heyif ki, zədənin ciddiliyi turnirin sonuna qədər oynamağıma imkan vermədi. Hələ bundan sonra da tam bərpa olunmağım üçün yəqin 1-2 həftəyə ehtiyac olacaq”.
 
İstər “Xəzər Lənkəran”da, istərsə də millidə əsasən müdafiənin mərkəzində çıxış edən Həsənov “Prezident Kuboku”nda müdafiənin sağında qərarlaşmışdı: “Bu mənim üçün yeni mövqe idi. Müəyyən çətinliklər var idi, amma ümumi olaraq özümü rahat hiss edirdim və diqqətli olmağa çalışırdım”.

Arxiv

Dünya futbolu2021-02-27 00:12

Eddi İsrafilovlu “Albasete” səfərdən 1 xalla döndü

Premyer-liqa2021-02-26 23:15

Xayme Romero: “Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunurlar”

Dünya futbolu2021-02-26 22:17

“Mançester Yunayted”in avrokuboklardakı yeni rekordçusu

Dünya futbolu2021-02-26 22:09

“Beşiktaş”dan darmadağın

Dünya futbolu2021-02-26 20:59

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Dünya futbolu2021-02-26 19:51

Avroliqada həftənin ən yaxşısı bilindi

I Divizion2021-02-26 18:15

PFL təxirə salınmış oyunların yeni tarixini açıqladı

I Divizion2021-02-26 17:57

PFL bir oyunun yerini dəyişdi

Dünya futbolu2021-02-26 17:25

FİFA Bekkenbauerlə bağlı işə xitam verdi

Ölkə futbolu2021-02-26 16:42

UEFA “Qarabağ”a ödəniş etdi

Dünya futbolu2021-02-26 16:20

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Digər2021-02-26 16:07

Xocalı faciəsi – 29 il – VİDEO

Digər2021-02-26 15:57

Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-02-26 15:23

ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

Dünya futbolu2021-02-26 15:04

“Liverpul”un kapitanı əməliyyat olundu

Müsahibə2021-02-26 14:51

Stankoviç çempionluqdan danışmaq istəmir: “2 oyun yaxşı oynayırıq, sonra isə…”

Dünya futbolu2021-02-26 14:33

Avroliqada həftənin rəmzi komandası

Ölkə futbolu2021-02-26 14:16

Volkov əməliyyat olunacaq

Premyer-liqa2021-02-26 13:41

Mövsümün rekord seriyası qırıldı

Ölkə futbolu2021-02-26 13:22

“Sabah”ın legionerləri üçün əlamətdar oyun

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm