Connect with us

Ölkə futbolu

Dövlət Proqramını əngəlləyən Dövlət Proqramı

Azərbaycan futbolu sürət yığıb. Özü də nəyi var,…

-də paylaşıldı

Azərbaycan futbolu sürət yığıb. Özü də nəyi var, yığıb. Amma eniş aşağı. Ətalət qanununa uyğun olaraq da, eniş aşağı hərəkət zamanı sürət xeyli artır. Fizika və riyaziyyatın sintezini cəmləyəndə məlum olur ki, 5 ildəki yüksəlişini 1 mövsümdə dığırlanmaqla sıfırlaya bilərsən.
Ümid ancaq Premyer Liqayadı
Milli komandamızın Robert Prosineçkinin təyinatından sonra keçirdiyi 2 oyunda əldə etdiyi 4 xal azarkeşləri ümidləndirib. Ancaq unutmaq olmaz ki, millinin uğuru 2 faktdan asılıdı: ölkənin futbolçularının xarici klublardakı sayından və daxili çempionatın səviyyəsindən. Nəzərə alsaq ki, azərbaycanlı futbolçular sərhəddən o yana keçə bilmirlər, deməli, millimizin uğuru üçün Premyer Liqanın səviyyəsi yeganə şərtdi. 2012-2013 mövsümündə “Neftçi”, 2014-2015 mövsümündə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etmələri əvvəl-axır milliyə də öz təsirini göstərməli idi. Ancaq Berti Foqts amili klublarımızın səviyyəsinin qalxmasının yığmaya təsir etməsinin qarşısını alırdı. Nəhayət, almanı yola saldıq və Prosineçkili Azərbaycan tədricən çoxdan əldə etməyə qadir olduğu nəticələrə imza atmağa başladı… 
“Biz-biz”
Ancaq yenidən Azərbaycan futbolunun sürətinə qayıdaq. Artıq 2014-2015 mövsümünün gedişində ciddi siqnallar gəlməyə başladı. “Bakı”, güləş dili ilə desək, çempionatın startından parter vəziyyətinə düşmüşdüsə, “Simurq” və “İnter”in aclıq dövrü mövsümün sonuna təsadüf etdi. Ardınca “Neftçi”dəki məlum “islahatlar” “ağ-qaralar”ı “qara gün”ə qoydu. Nəzərə alsaq ki, ölkə futboluna rəng qatan klublar məhz adlarını sadaladıqlarımız idi, 2015-2016 mövsümü barədə düşünəndə adamın tükləri biz-biz durur.
“Nə tökərsən aşına…”
2005-2015-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsində buraxılan nöqsanlar, o cümlədən millinin biabırçı nəticələri, növbəti 10 il üçün analoji proqramın hazırlanmasında problem yaşadır. Saytımıza daxil olan məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov növbəti 10 illik üçün proqramı hazırlayıb və aiddiyatı orqanlara təqdim edib. Lakin arxada qoyduğumuz 10 ildəki uğursuzluqlar növbəti proqramın qəbul edilməsini əngəlləyib. Daha dəqiq desək, göstərilən maliyyə vəsaitinin həddən artıq çox olduğu bildirilib. Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu sənədin həqiqətən hazırlandığını bildirsə də, geri qaytarılmasını xəbərini təkzib etdi və bidlirdi ki, proqrama nə vaxt baxılacağı tarixi bilmir.
Məhkum olunanlar
Biz isə yenidən sözdən real duruma qayıdaq. “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran” istisna olmaq şərti ilə, digər klublarımızın durumu təxmini eynidi. Başlayaq AZAL-dan. Onsuz da, ortabab statusu daşıyan komanda əlindəki futbolçuları da itirib. Əvəzedici komandanın oyunçularına möhtac qalan komanda, istisna etdiyimiz klubları çıxmaq şərti ilə, digərlərindən fərqlənmir. Bəli, “Kəpəz” və “Zirə” transfer bazarında fəallıq göstərir. Ancaq bu, heç də adlarını çəkdiyimiz klubların iddiasından xəbər verimir. Sadəcə, Premyer Liqada oynamaq üçün futbolçularının yoxluğu ötən mövsüm birinci divizionun ortabablarından sayılan bu tandemi transferlər həyata keçirməyə məhkum edir.
“Neftçi” və “İnter” Avropa Liqasında iştirak etməsinə baxmayaraq, paytaxt təmsilçiləri də 3-cü sort əcnəbilər və yeniyetmələrin ümidinə qalıblar. “Sumqayıt”ın heç vaxt iddialı olmaması bunu göstərir ki, növbəti mövsümdə də nəyəsə ümid etməyə dəyməz. Elə heyətə baxmaq kifayət edir ki, bu iddianı irəli sürək.
İflic səbəbləri
Aydın məsələdi ki, heç bir klub öz düşməni deyil və çempion da olmaq istəyər, qitəmiqyaslı yarışlarda uğur qazanmaq da. Ancaq hansı vəsaitlə? Yaranmış maliyyə böhranı klubları iflic vəziyyətinə salıb. Nə oyunçu transfer edə bilirlər, nə müqaviləsi olan futboçuları saxlaya bilirlər, nə də təlim-məşq toplanı üçün xaricə yollana. Hamı Dövlət Proqramının təsdiqini gözləyir. Hamı yardım umur. Klub rəhbərlərinin ya pulu qurtarıb, ya bu illik futbola xərcləməyi planlaşdırdıqları vəsaiti artıq idmanın digər qollarına yönəldiblər, ya da gəlir gətirməyən sahədə altruizmlə məşğul olmaqdan beziblər. Əlbəttə, hər 3 variant müzakirə mövzusudu. Ancaq istənilən halda futbolumuz eniş aşağı sürət yığıbsa, klubların pulsuzluğunun səbəbi arxa plana keçir. 
“Yağlı yaşıl işıq”
2005-2015-ci illərə nəzər saldıqda, görürük ki, bu müddət ərzində göstərilən nəticələr xərclənən vəsaitin qarşılığını verməyib. Acından ölən Moldova, Belarus klubları Çempionlar Liqasında tarixi uğurlara imza atdığı halda, sıravi vətəndaşların boğazından kəsilən pulu futbola töküb və qarşılığında Avropa Liqasında 2 dəfə qrup mərhələsi görmək?! Yox, Dövlət Proqramı bu cılız nəticələr üçün nəzərdə tutulmamışdı. On ilin cavabını vermək zamanı yetişib və növbəti 10 illiyə “yağlı yaşıl işıq” almaq üçün əvvəlcədən düşünmək lazım idi. Futbolumuzun pulsuzluğa düçar olmasının səbəbi bu gün deyil, son 10 ildə şəxsi mənafelərini güdənlərin bu idman növünü idarə etməsidi!
CEYHUN ƏLİYEV

Arxiv

AÇ-20202021-05-07 11:00

AÇ-2020: Kubok müxtəlif məkanlarda – FOTOLAR

AÇ-20202021-05-07 10:36

AÇ-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu

Dünya futbolu2021-05-07 10:15

Avroliqada həftənin ən yaxşı futbolçusu adına namizədlər bilindi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Dünya futbolu2021-05-07 09:06

Azərbaycanlı futbolçuların komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-07 00:55

“Mançester Yunayted”lə “Vilyarreal” finalda!

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Dünya futbolu2021-05-06 23:41

“Herta”dan darmadağın

Dünya futbolu2021-05-06 19:46

“Qalatasaray”ın prezidenti namizədliyini geri götürdü

I Divizion2021-05-06 18:58

“Neftçi”nin əvəzediciləri çempionluğu təmin etdi

Ölkə futbolu2021-05-06 17:56

“Azərbaycan futbolunda yaxşı pul var idi” – Alvaro Silva

Dünya futbolu2021-05-06 16:48

A Seriyasında yeni mövsümün başlama tarixi açıqlandı

Digər2021-05-06 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-06 16:12

ÇL: “Çelsi”nin 7 futbolçusu rəmzi komandada

Ölkə futbolu2021-05-06 15:56

“Qəbələ” və “Keşlə”nin baş məşqçisi Pro kateqoriyalı məşqçi kursunda

Milli komanda2021-05-06 15:13

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Dünya futbolu2021-05-06 15:00

Premyer Liqada transfer pəncərəsinin vaxtı açıqlandı

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 14:09

İtaliya kubokunun formatı dəyişdirildi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Gündəm