Ölkə futbolu
Məmmədovlar və Hacıyev İK-nın iclasına qatılmadı
Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclas?…

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda bütün İK üzvləri iştirak etməyiblər.
Komitənin təcili toplanmasına səbəb “Rəvan”ın Premyer Liqada iştirakına rəsmi don geyindirilməsi olub.
O ki qaldı iclasda iştirak etməyənlərə, toplantıya İK üzvlərindən dördü özünü çatdıra bilməyib. Onlardan üçünün adını öyrənə bildik. Hafiz Məmmədov, Mahir Məmmədov və Cahangir Hacıyev AFFA-nın ali qurumunun budəfəki “fövqəladə dəvət”inə arxa çevirib və bəzi qanunsuzluqların qüvvəyə minməsində iştirak etməyiblər.