Connect with us

Müsahibə

Tağızadə özündən başqa hamını günahlandırdı: "Qriqorçukun mənimlə şəxsi prinsipi var idi"

"Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalan Ruslan Ta?…

-də paylaşıldı

"Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalan Ruslan Tağızadənin futbolinfo.az saytında müsahibəsi:
– Hazırda hansısa klubun düşərgəsindəsən, ya fərdi şəkildə çalışmalarını davam etdirirsən?
– İndi klubsuzam. Fərdi şəkildə məşqlərimi davam etdirirəm. Bir də formada qalmağım üçün Əfqan Talıbovdan xahiş etmişdim ki, "Qaradağ Lökbatan"ın düşərgəsində məşq edim.
– "Qaradağ Lökbatan"a keçmə ehtimalın varmı?
– Xeyr, sadəcə, Əfqan bəydən xahiş etmişdim. O da sağ olsun ki, məni anlayışla qarşılayıb razılıq verdi və dedi ki, istədiyin müddətə kimi komandayla məşq edə bilərsən.
– "Qəbələ"də özünü niyə göstərə bilmədin? Klubdan ayrılmağına əsas səbəb nə oldu?
– Roman Qriqorçukun gəlişindən sonra heyətə düşmək baxımından müəyyən problemlər yaşadım. "Qarabağ"la matçda oyunumdan çox razı qalmışdı. Hətta qarşılaşmadan sonra mənə "çox gözəl oynadın, halaldı, belə davam elə" dedi. Amma "Sumqayıt"la növbəti matçda gördüm ki, ehtiyatda qalmışam. Mən belə başa düşürəm ki, Qriqorçukun mənimlə şəxsi prinsipi var idi. Özümü komandada heç kimdən zəif saymıram. İndi "Qəbələ"nin oyunu da, yeni transferləri də göz qabağındadı. Sadəcə, şəxsi prinsiplərə görə komandadan ayrıldım.
– Bu şəxsi prinsipin səbəbi nədi? Hardan qaynaqlanır?
– Komanda zəif çıxış edəndə, ardıcıl 4 oyunda məğlub olanda, məncə, əsas heyətdən bəzi dəyişikliklər edilməlidi. O da mənə dedi ki, "məşq elə". Onun mənimlə nə prinsipi olduğunu bilmirəm.
– "Qəbələ"dən ayrıldıqdan sonra "Zirə"yə keçəcəyin deyilirdi. Hətta bu komandanən heyətində bir neçə gün məşqlərdə də iştirak etdin. Komandada qalmamağına səbəb rəhbərliklə razılaşa bilməməyin oldu, yoxsa Türkiyədən aldığın təklif?
– Türkiyədən təklif aldıqdan sonra "Zirə" rəhbərliyi ilə danışdım. Sağ olsunlar, anlayışla qarşıladılar. Belə olacağını bilsəydim, heç ayrılmazdım. Məni Türkiyədə aldatdılar, uzun müddət gözlətdikdən sonra keçidin baş tutmayacağını bildirdilər. Ümit Özat "Samsunspor"a gedəcəyini və mənə "Boluspor"la müqavilə bağlama" dedi. Ona görə də bu komanda ilə anlaşmadım. Özat 2-3 gün gözləməli olduğumu bildirdi. Ona Türkiyədə bu qədər qala bilməyəcəyimi dedim və həmin müddətdə Azərbaycana qayıtmağı qərara aldım. Razılaşdıq və mənə 2-3 gündən sonra xəbər verəcəyini bildirdi. Lakin o, sonradan mənə bu keçidin baş tutmayacağını bildirdi. Səbəb kimi də "Samsunspor"da legioner limitinin dolduğunu bildirdi. Belə deyək, Ümit Özat məni aldatdı və kişiliyə yaraşmayan hərəkət etdi. Məşqçi bu hərəkəti ilə məni həm "Zirə"dən, həm də "Boluspor"dan məhrum etdi. İndi də klubsuz, özbaşına qalmışam.
– Hazırda klubsuz qalmağın səncə, Qriqorçukun haqlı olduğunu göstərmirmi?
– Xeyir, mən klubsuz qalmamışam, 2-3 təklif var idi. Sadəcə, şərtləri daha uyğun olduğuna görə "Zirə" ilə anlaşmışdım. Əgər mən "Qəbələ"dən ayrıldıqdan sonra təkliflər almasaydım, "Zirə" ilə müqavilə bağlamasaydım, onda Qriqorçuk haqlı olardı. Sadəcə, mən cavanlığımın, təcrübəsizliyimin qurbanı oldum, "Zirə" ilə müqaviləmi pozmaqda uşaqlıq etdim. Mən heç vaxt Qriqorçukla razılaşa bilmərəm. Az-çox prespektivli bir futbolçu kimi inkişaf edirdim. Müxtəlif yaş qrupları üzrə milli komandalarda da çıxış etmişəm. Hansısa bir məşqçi gəlir, azərbaycanlı futbolçunun qarşısını kəsir. Öz gətirdikləri legionerləri meydana buraxılarlar. Mən belə şeyləri ancaq Azərbaycanda görmüşəm. Bu cür hallar tək mənim yox, digər futbolçularmızın da başına gətirilir. Ona görə də futbolumuz inkişaf etmir. Mən onu bilmək istəyərdim ki, onun gətirdiyi futbolçular neyləyib? Dünən meydana çıxan Aleksey Antonov bizim hansı futbolçumuzdan güclüdü? Əfran İsmayılovdan, Rauf Əliyevdən və ya Mirhüseyn Seyidovdanmı güclüdü? Mən həmin mövqedə həmin futbolçudan min dəfə yaxşı oynayaram. Gətirdiyi futbolçular legioner olduğuna görə, yerlilər ondan baxıb nəsə öyrənməlidilər. Amma əfsuslar olsun ki, həmin futbolçu Cavid Hüseynovdan, Rəşad Sadiqovdan nəsə öyrənir. Sonra da mətbuata deyir ki, Antonov formada deyil. Avroliqa hazırlıq matçı deyil, sən Azərbaycanı təmsil edəcəksən. Ukraynadan futbolçunu formaya salmaq üçün gətirmisən? Avrokuboklarda formada olmayan futbolçunu meydana buraxmazlar.
 
– Hazırda hansısa klubdan təklif almısan?
– Bir neçə təklif almışam. Ancaq hamsı real deyil. Yalnız "Rəvan"ın adını çəkə bilərəm. Hazırda bu klubla danışıqlar aparıram. Bir neçə gün ərzində hər şey dəqiqləşəcək. Bəzi məsələlər var, onlara da aydınlıq gələndən sonra razılıq əldə oluna bilər.
ELMAR ABDULLA-ZADƏ

Arxiv

Premyer-liqa2021-01-21 03:00

Fasilə bitdi, mübarizəyə davam – YENİLƏNİR

Dünya futbolu2021-01-21 02:29

“Vilyarreal” evdə xal itirdi

Dünya futbolu2021-01-21 02:22

Premyer Liqada Mançester klublarının günü

Ölkə futbolu2021-01-21 02:08

“Yuventus” Super Kuboku qazandı, Ronaldo tarixə keçdi

Dünya futbolu2021-01-21 01:54

“Lans” Marseldən qələbə ilə döndü

Dünya futbolu2021-01-21 01:34

“Bavariya”ya bir qol bəs etdi

Dünya futbolu2021-01-20 22:46

“Atalanta” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-20 22:08

“Qalatasaray” 3 xalı 6 qolla qazandı

Premyer-liqa2021-01-20 21:46

Premyer Liqada yeni ilin ilk təyinatları açıqlandı

Dünya futbolu2021-01-20 20:57

Liqa 1 matçına koronavirus əngəli

Dünya futbolu2021-01-20 20:38

“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-20 20:00

“Arsenal”da ayrılıq

Ölkə futbolu2021-01-20 19:28

“Neftçi” toplanışı başa vurdu

Digər2021-01-20 19:00

Kəlbəcərin Nadirxanlı kəndi – VİDEO

Dünya futbolu2021-01-20 18:30

Türkiyə klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-20 18:00

“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda

Dünya futbolu2021-01-20 17:31

“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

Digər2021-01-20 17:00

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu

Ölkə futbolu2021-01-20 16:47

Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı

Dünya futbolu2021-01-20 15:29

UEFA 2020-ci ilin rəmzi komandasını açıqladı

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?