Connect with us

Ölkə futbolu

"Qəbələ" və 10

Bu gün “Qəbələ” İdman Klubunun 10 yaşı tamam ol…

-də paylaşıldı

Bu gün “Qəbələ” İdman Klubunun 10 yaşı tamam olur. Futbolinfo.az xəbər verir ki, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən əyalət təmsilçisinin əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçən klub 2005-2006 mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. 
2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya yüksəlib. 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib. 
Premyer Liqada 10-cu mövsümünü keçirən klub artıq çempionatın liderlərindən birinə çevrilib. Son iki mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdu. Ötən yay avrokuboklarda debüt edən "qırmızı-qaralar" bu il 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubumuzun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. 
Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur. 
“Qəbələ” İdman Klubu təkcə əsas komandasınım uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə 14 dəfə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 8 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.
2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddu. Qısa müddətdə döyüş növləri üzrə idmançılarımız Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılar yaddaqalan uğura imza ataraq turniri 2-i qızıl olmaqla 5 medalla tamamlayıblar. Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Ötən il Dünya Kubokunun final mərhələsini, ötən ay isə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı Qəbələdə baş tutub.
(Klub saytı)

Arxiv

Dünya futbolu2021-05-16 01:43

Türkiyə millisinin yoxlama oyunu ləğv olundu

Ölkə futbolu2021-05-16 01:34

“Azərbaycan bizim üçün önəmlidir” – Şenol Güneş

Dünya futbolu2021-05-16 00:59

“Lids” səfərdə darmadağına sevindi

Dünya futbolu2021-05-16 00:45

“İnter” “Yuventus”a, “Latsio” “Roma”ya uduzdu

Dünya futbolu2021-05-15 23:35

Super Liqada çempion bəlli oldu

Dünya futbolu2021-05-15 22:36

“Çelsi” üzərində qələbə ilə çempion oldular

Ölkə futbolu2021-05-15 21:00

Çempionluq Kuboku və medallar “Dalğa Arena”da veriləcək

Dünya futbolu2021-05-15 20:32

“Bavariya” “Frayburq”la heç-heçəyə razılaşdı

Premyer-liqa2021-05-15 19:59

Mövsümdə ilk – 433 gündən sonra

Premyer-liqa2021-05-15 19:37

“Qəbələ”dən yubiley qolu

Dünya futbolu2021-05-15 18:55

“Mançester Siti”dən yeni rekord

Dünya futbolu2021-05-15 17:27

“Arsenal”da Arteta ilə bağlı qərar verildi

Digər2021-05-15 16:41

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-15 16:07

Polşa millisinin hücumçusu AÇ-2020-ni buraxacaq

Ölkə futbolu2021-05-15 15:34

SOCAR xərclərə qənaət üçün UEFA ilə müqaviləni yeniləməyib

Dünya futbolu2021-05-15 14:51

Suares milli karyerasını bitirmək istəyir

Dünya futbolu2021-05-15 14:01

“Real”ın futbolçusu karantinə alındı

Dünya futbolu2021-05-15 13:15

David Luis “Arsenal”dan ayrılır

Dünya futbolu2021-05-15 12:15

Super Liqa klubunda koronavirusa üç yeni yoluxma

Dünya futbolu2021-05-15 11:50

Ronaldo “Sportinq”ə qayıdır?

Premyer-liqa2021-05-15 01:16

“Zirə”dən inamlı qələbə – VİDEO

Premyer-liqa2021-05-15 00:25

“Neftçi” Sumqayıtdan qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-14 23:56

“Qarabağ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-14 21:08

“Qəbələ” “Sabah”la heç-heçəyə razılaşdı – VİDEO

AÇ-20202021-05-14 10:46

AÇ-2020-nin rəsmi mahnısı bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Gündəm