Connect with us

Ölkə kuboku

Rəşad Abdullayev: "Lənkəranda sevinmək mənə yaraşmazdı"

“Zirə”nin kapitanı Rəşad Abdullayevin futbolinfo.az s…

-də paylaşıldı

“Zirə”nin kapitanı Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi:
– Əvvəlcə son turda keçirilən “Xəzər Lənkəran”la oyun haqqında nə deyə bilərsən? Matçdan öncə qalib gələcəyinizi gözləyirdinmi?
– Həmin görüşə qələbə qazanmaq üçün çıxmışdıq. Turnir cədvəlində daha da irəliyə gedə biləcəyimizi başa düşürdük. Oyuna da yaxşı başladıq, bir neçə qol şanslarımız oldu. Qarşılaşma heç-heçə də başa çata bilərdi lakin son dəqiqələrdə qazandığımız penaltidən sonra 3 xal qazana bildik. 
– Yəqin ki, 1 tur əvvəl “Neftçi” – “Xəzər Lənkəran” matçında Orxan Sadıqlının Araz Abdullayevin penalti zərbəsini necə qaytardığını görmüşdün. Maraqlıdı ki, bir tur sonra sən də zərbəni məhz, həmin istiqamərtə vurdun. Düşünmürdün ki, Orxan bu zərbəni də qaytara bilər?
– Mən o stadionda uzun illər meydana çıxmışam. Matçın sonları idi. İndiyədək də heç vaxt penaltini boşa verməmişəm. Həmin epizodda az da olsa həyəcan var idi. Düzdü, qapıçı topun istiqamətini tapdım. Amma yenə də sevinən tərəf mən oldum. 
– Maraqlıdı, vurduğun qola sevinmədin…
– Orada “çörək” yemişəm. Gənc vaxtlarımda bu klubun şərəfini qorumuşam. “Xəzər Lənkəran” da Azərbaycan futboluna ilk maddi maraq gətirən komandalardan olub. Ona görə də, qola sevinmək mənə yaraşmazdı. Düzdü, qələbə qolunu vurduğum üçün içimdə sevinc var idi. Amma hisslərimi gizlədə bildim. 
– Necə fikirləşirsən, qola sevinməməyin “Zirə” rəhbərliyində belə bir fikir formalaşdıra bilərmi ki, “Xəzər Lənkəran”ı hazırkı klubundan çox istəyirsən?
– Xeyr, belə şey ola bilməz. Çünki bizim rəhbərlik çox ciddi, futbola maraq göstərən adamlardı. Bu, adi haldı. Əsas odu ki, qələbə qazana bildik. Tək mən yox, digərləri üçün də elə qolun sevincindən çox topun qapıya  daxil olması daha vacib idi. Əgər qola sevinsəydim, bu, “Xəzər Lənkəran” rəhbərliyi və azarkeşləri tərəfindən pis qəbul edilə bilərdi. Bundan sonra da nə qədər qarşılaşsaq, çalışacam ki, mənfi heç bir şeylə yadda qalmayım. 
– Hazırda “Zirə”də nə kimi problemlər var?
– Elə ciddi problemlərimiz yoxdu. Oyunlara da ciddi şəkildə hazırlaşırıq. Əsas problemimiz yeni komanda olduğumuza görə istədiyimizin hamısını tam ortaya qoya bilmirik. Bu da vaxt tələb edir, yəqin ki, gələcəkdə hər şey qaydasına düşəcək. Cəmi 2 aydı ki, bir yerdəyik. 
– “Rəvan”la oyunda hiss olunurdu ki, komanda daxilində ab-hava qaydasında deyil. Matçın gedişində “Zirə” futbolçuları bir-biri ilə mübahisə edirdi…
– Bizdə belə şey ola bilməz. Burada saf kollektiv formalaşıb. Futbolçular arasında heç bir münaqişə ola bilməz. Həm meydanda, həm də meydandan kənarda buna da biz icazə vermərik. Əsas məqsədimiz yaxşı kollektiv formalaşdırmaqdı. Belə olan halda da heç bir münaqişə baş verə bilməz. 
– Meydana çıxdığınız 6 matçın heş birində məğlub olmamısınız. Mövsümün əvvəlində həqiqətən də belə uğurlu start gözləyirdinmi?
– Əlbəttə, gözləyirdik. Meydana qələbə qazanmaq, ən azı məğlub olmamaq üçün çıxırıq. Hələ də məğlubiyyətsiz irəliləməyimiz sevindirici haldı. İndidi də bu seriyamızın davam etməsi üçün işləyirik. 
– Ötən mövsüm şərəfini qoruduğun AZAL-ın hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsən?
– Acınacaqlı vəziyyətdədilər. Mənim bu komandada yaxşı günlərim olub. Yaxşı bazası, hər cür şəraiti var idi. Bu komanda üçün heyfslənirəm. Orada məşqçilər heyəti də yaxşı təşkil olunmuşdu. Sonradan yaranan maliyyə böhranı və komandanın bu günə düşməsi məni də kədərləndirir. İnanıram ki, onların da ağır günləri çox çəkməz, vəziyyəti düzələr. Bayaq dediyim kimi, Azərbaycanda belə bazası olan komandalar azdı və onları da itirmək olmaz. 
ELMAR ABDULLA-ZADƏ

Arxiv

AÇ-20202021-05-07 11:00

AÇ-2020: Kubok müxtəlif məkanlarda – FOTOLAR

AÇ-20202021-05-07 10:36

AÇ-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu

Dünya futbolu2021-05-07 10:15

Avroliqada həftənin ən yaxşı futbolçusu adına namizədlər bilindi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Dünya futbolu2021-05-07 09:06

Azərbaycanlı futbolçuların komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-07 00:55

“Mançester Yunayted”lə “Vilyarreal” finalda!

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Dünya futbolu2021-05-06 23:41

“Herta”dan darmadağın

Dünya futbolu2021-05-06 19:46

“Qalatasaray”ın prezidenti namizədliyini geri götürdü

I Divizion2021-05-06 18:58

“Neftçi”nin əvəzediciləri çempionluğu təmin etdi

Ölkə futbolu2021-05-06 17:56

“Azərbaycan futbolunda yaxşı pul var idi” – Alvaro Silva

Dünya futbolu2021-05-06 16:48

A Seriyasında yeni mövsümün başlama tarixi açıqlandı

Digər2021-05-06 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-06 16:12

ÇL: “Çelsi”nin 7 futbolçusu rəmzi komandada

Ölkə futbolu2021-05-06 15:56

“Qəbələ” və “Keşlə”nin baş məşqçisi Pro kateqoriyalı məşqçi kursunda

Milli komanda2021-05-06 15:13

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Dünya futbolu2021-05-06 15:00

Premyer Liqada transfer pəncərəsinin vaxtı açıqlandı

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 14:09

İtaliya kubokunun formatı dəyişdirildi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Gündəm