Connect with us

Ölkə futbolu

Ruslan Abışov: “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çataram”

"Qəbələ"nin transfer pəncərəsi bağlandıqdan sonra he…

-də paylaşıldı

"Qəbələ"nin transfer pəncərəsi bağlandıqdan sonra heyətinə cəlb etdiyi Ruslan Abışov "Qəbələ" İK qəzetinə danışıb. Futbolinfo.az xəbər verir ki, keçən mövsümdə "Qəbələ"nin şərəfini qorumuş Ruslan “qırmızı-qaralar”a qayıtdığına görə məmnun olduğunu deyib:
 
“Baş məşqçi Roman Qriqorçuk məni yenidən sərəncamında görmək istədi. Açığı, gözləmirdim. Ailəmlə məsləhətləşdikdən sonra “Qəbələ”yə qayıtmağı qərara aldım. Doğrudur, başqa təkliflər vardı, ancaq “Qəbələ”yə dönməyi daha məqsədəuyğun saydım. Yenidən burda olmaqdan məmnunam”.
 
Ruslan “Xəzər Lənkəran”da yeni futbolçuların oynamasına UEFA tərəfindən qoyulan qadağaya görə, Topaz Premyer Liqasının avqust ayında keçirilən ilk 4 turunda meydana çıxa bilməyib. Cəzanın ilin sonunadək uzadılması futbolçuların uzun müddət oyun praktikası sarıdan əziyyət çəkməsi demək idi. Abışov sonuncu dəfə rəsmi matçı may ayında, “Qəbələ”nin heyətində “Bakı”ya qarşı keçirmişdi: “Əlbəttə, oynamamaq hər bir futbolçuya sonradan çətinlik yaradır. Əsas odur ki, ilk oyunumda uğurlu nəticə əldə etdik. Cari mövsümdə debüt etdiyim “Sumqayıt”la matçda, çətin də olsa, qələbə qazandıq. Doğrudur, məndə bir az yorğunluq vardı. Ancaq bu, zamanla qaydasına düşəcək. Mənə elə gəlir ki, 2-3 turdan sonra oyunum daha yaxşı olacaq”.
 
28 yaşlı futbolçunun fikrincə, “Qəbələ”nin potensialı Premyer Liqanın qalibi olmağa imkan verir: “Ötən mövsümdəki komandada oynamaq, məncə, daha rahat idi. Bəlkə bu, hazırkı heyətə yeni qoşulmağımdan irəli gəlir. Əlbəttə, hazırkı “Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram. Çempionluq barəsində danışmaq tezdir, çünki qarşıda xeyli çətin oyunlar olacaq. “Sumqayıt”la matç göstərdi ki, çempionatda asan sınaq olmayacaq. Çempion olmaq istəyiriksə, ”Qarabağ” kimi güclü komandayla rəqabət aparacağıqsa, hər oyunda qələbəyə köklənməliyik”.
Klubun son transferi “Qəbələ”yə Avropa Liqasının qrup mərhələsində kömək edə bilməyəcək. Çünki onun keçidi həll olunan zaman “Qəbələ” sifariş ərizəsini artıq UEFA-ya göndərmişdi. Ruslan üzləşdiyi vəziyyətə görə üzülsə də, ümidini itirmir: “Əlbəttə, çox istərdim ki, Avroliqa oyunlarında çıxış edim. “Rubin”lə bu mərhələdə oynasam da, “Qəbələ”nin heyətində tamam başqa cür ola bilərdi. Ancaq oynaya bilməməyim məndən asılı məsələ deyil və görünür, bu dəfə qismət deyilmiş. Əslində, bu, cari mövsümdə də mümkün ola bilər. “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çataram. Avropa Liqasında komandamıza çox güvənirəm”.

Arxiv

AÇ-20202021-05-07 11:00

AÇ-2020: Kubok müxtəlif məkanlarda – FOTOLAR

AÇ-20202021-05-07 10:36

AÇ-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu

Dünya futbolu2021-05-07 10:15

Avroliqada həftənin ən yaxşı futbolçusu adına namizədlər bilindi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Dünya futbolu2021-05-07 09:06

Azərbaycanlı futbolçuların komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-07 00:55

“Mançester Yunayted”lə “Vilyarreal” finalda!

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Dünya futbolu2021-05-06 23:41

“Herta”dan darmadağın

Dünya futbolu2021-05-06 19:46

“Qalatasaray”ın prezidenti namizədliyini geri götürdü

I Divizion2021-05-06 18:58

“Neftçi”nin əvəzediciləri çempionluğu təmin etdi

Ölkə futbolu2021-05-06 17:56

“Azərbaycan futbolunda yaxşı pul var idi” – Alvaro Silva

Dünya futbolu2021-05-06 16:48

A Seriyasında yeni mövsümün başlama tarixi açıqlandı

Digər2021-05-06 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-06 16:12

ÇL: “Çelsi”nin 7 futbolçusu rəmzi komandada

Ölkə futbolu2021-05-06 15:56

“Qəbələ” və “Keşlə”nin baş məşqçisi Pro kateqoriyalı məşqçi kursunda

Milli komanda2021-05-06 15:13

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Dünya futbolu2021-05-06 15:00

Premyer Liqada transfer pəncərəsinin vaxtı açıqlandı

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 14:09

İtaliya kubokunun formatı dəyişdirildi

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Gündəm