Connect with us

Müsahibə

Qriqorçukun konfransında “Krasnodar” rəsmisi coşdu

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Rusiya “Kra…

-də paylaşıldı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Rusiya “Krasnodar”ının qonağı olacaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futolinfo.az saytının Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ukraynalı mütəxəssis rəqibin yüksək səviyyədə futbol oynadığını bildirib.
 
– Oyuna hazırlığın necə keçməsi barədə məlumat verərdiniz?
– Komandanın vəziyyəti yaxşıdı. Hazırlıqlarımız normal keçdi. Bəlkə bundan da yaxşı keçə bilərdi. Şikayətimiz yoxdu. Sabahkı oyunu gözləyirik.
 
– PAOK-la oyuna nisbətən start heyətində ciddi dəyişiklik olacaqmı?
– Hələ ki, start heyətini müəyyənləşdirməmişik. Bəzi nöqtələr üzrə son məşqdən sonra edəcəyimiz təhlillərdən sonra son qərarı verəcəyik.
 
– Son turda “Terek”lə oyunda “Krasnodar” ötürmələrin 50 faizində səhvə yol vermişdi. Bunu sizin ən mühüm üstünlüyünüz saymaq olarmı?
– Bir oyunla qiymət vermək doğru olmaz. “Krasnodar” digər oyunlarda olduqca xoş təsir bağışlayıb. Baş məşqçiləri də olduqca ciddi mütəxəssisdi. Onlar sanballı futbol sərgiləyirlər. Onların kifayət qədər sürətli futbolçuları var. Yüksək intellektə malikdirlər. Tez düşünə bilirlər. Hesab edirəm ki, çox çətin görüş olacaq.
 
Haşiyə. Bu suala müdaxilə edən “Krasnodar”ın mətbuat xidmətinin rəhbəri komandalarının ötürmələrinin 84 faizinin dəqiq olduğunu dilə gətirdi: “Bu rəqəmi hardan götürmüsünüz?” Sualın müəllifi olaraq, rusiyalı həmkarımıza cavab verməli oldum: "Bunu mən demirəm, Rusiya mətbuatı yazıb".
 
– Kononov sizi və komandanızı yaxşı tanıdığını bildirib. Onlara hansı sürprizi hazırlamısınız?
– Artıq bir neçə dəfə sürpriz hazırlamağı bacardığımızın şahidi olmusunuz. Bu dəfə də rəqibi təəccübləndirməyə çalışacağıq. Mobil futbol sərgiləyib, meydanın hər qarışı uğrunda mübarizə aparıb, maksimum nəticə əldə etməyə çalışacağıq.
 
– İndiyədək Rusiya klubları və yığmalarına qarşı oyunlarda cəmi 2 qol vurmuşuq. Hər iki halda yenicə ailə həyatı qurmuş Vaqif Cavadov vurub. Onun start heyətində çıxması nə dərəcədə realdı?
– Çox geniş və əzəmətli sözlər işlətdiniz: iki ölkənin tarixi, Vaqifin toyu… Mənə ancaq ümid etmək qalır ki, Vaqif meydana çıxacağı təqdirdə, yenə də fərqlənəcək.
 
– George Floresku və Vaqif Cavadovun vaxtilə Rusiyada oynaması sizə faydalı ola bilərmi?
– Bu, vaxt itkisindən başqa bir şey deyil. Kimin nə vaxt Rusiyada oynamasının heç bir əhəmiyyəti yoxdu. Biz “Krasnodar”ı kifayət qədər öyrənmişik və sabah bunu həyata keçirməyə çalışacağıq.
 
– Krasnodarda hava Bakı və Qəbələdən də istidi. Onlara “soyuq duş” hazırlamısınız?
– Söz verə bilmərəm ki, təzadlı və ən “soyuq duş”u təşkil edəcəyik. Ancaq gücümüz var, “Krasnodar”a başağrısı yaşatmağa qadirik.
 
– “Krasnodar” son 4 oyunda qeyri-sabit oynayır. Cəmi 4 qol vurublar, 6-sını buraxıblar. Bu komponentlərin hansına daha böyük önəm verirsiniz?
– Hücum xəttinin dişsizliyi və müdafiənin inamsızlığını ayırmaq olmaz. Bütün xətlərin çatışmazlığından maksimum faydalanmaq lazımdı.

Arxiv

Dünya futbolu2021-04-19 01:53

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-04-19 01:24

“Atletiko” darmadağınla qalib gəldi, “Real” xal itirdi

Dünya futbolu2021-04-19 00:59

“Yuventus” uduzdu, “İnter” xal itirdi

Dünya futbolu2021-04-19 00:37

“Çelsi”nin finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-04-18 23:14

“Arsenal” büdrədi, “Mançester Yunayted” qalib gəldi

Dünya futbolu2021-04-18 22:14

“Fənərbaxça”dan çətin qələbə

Dünya futbolu2021-04-18 20:39

UEFA-dan Avropa Super Liqası ilə bağlı sərt mövqe

Dünya futbolu2021-04-18 19:49

“Borussiya”dan darmadağın

Ölkə kuboku2021-04-18 19:02

Yarımfinal rəqəmlərin gözü ilə

I Divizion2021-04-18 18:12

“Kəpəz” uduzdu, “Zaqatala” səfərdə qələbə qazandı

Ölkə futbolu2021-04-18 18:00

Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-04-18 17:35

“Neftçi”də Akademiya gündəliyi – VİDEO

Ölkə futbolu2021-04-18 17:17

“Özümüzə inanırıq” – “Neftçi”nin legioneri

Dünya futbolu2021-04-18 16:54

“Başakşəhər”in futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-04-18 16:24

“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı

Dünya futbolu2021-04-18 16:10

Dadaşov ABŞ-da növbəti qolunu vurdu

Premyer-liqa2021-04-18 15:34

14-cü bombardir: 100-cü oyun, 25-ci qol

I Divizion2021-04-18 15:04

Birinci Divizionda 23-cü turun oyun cədvəli

Ölkə futbolu2021-04-18 14:45

“Qarabağ” 15-ə çatdı

Premyer-liqa2021-04-18 14:32

Premyer Liqada 24-cü turun oyun cədvəli

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Gündəm