Connect with us

Ölkə futbolu

“Bişmiş toyuğu güldürən” AFFA

“Kəpəz”ə kəsilən 5 min manatlıq cəza ləğv olundu….

-də paylaşıldı

“Kəpəz”ə kəsilən 5 min manatlıq cəza ləğv olundu. Nəyə görə klubun şikayəti müsbət cavablandırıldı? Bununla “Neftçi” azarkeşlərinə hörmətsizlik olmadımı? Axı, paytaxt təmsilçisi ilə qarşılaşmadan sonra qonaq komandanın fanatları Gəncədə daşlanmışdı. Bunu protokolda oyuna təyin edilmiş AFFA nümayəndəsi Namiq Məstanov da qeyd edib. İntizam Komitəsi də Nizami diyarının təmsilçisinə 5 min manat cərimə kəsmişdi.
 
Daşlanan azarkeşlər arasında “Forza Neftçi” fan-klubu da olub. Həmin azarkeşlərin rəhbəri Sübhan Əliyev cərimənin ləğv edilməsini alqışlasa da, ağacın 2-ci başı da var: “Kəpəz” azarkeşlərinin hamısına pis demək olmaz. Onlar oyundan öncə bizi qarşılayıb, çay süfrəsinə dəvət edib. 5-10 uşaq daş atıb deyə, kluba cərimə kəsilməsi də düzgün deyil. Məncə, qərarın ləğv edilməsi yaxşı oldu. Matçdan sonra qonaq fanatlar stadionu tərk edəndə hasarın digər tərəfindən bizə daş atılırdı. Amma bunun kim tərəfindən edildiyini görmədik. Yaxşı ki, xəsarət alan da olmadı.  Gəncə polisi vaxtında hadisəyə müdaxilə etdi və şəhərdən çıxanda təxminən 80 km bizi müşayət etdilər. “Kəpəz”in rəsmi fan-klubu var, rəhbərinin adı da Elmardı. Oyundan öncə bizi qarşıladı, görüşdük. 90 dəqiqə ərzində də onlar da, biz də komandamızı dəstəkləmişik”.
 
İndi isə məsələyə mənəvi deyil, hüquqi tərəfdən yanaşaq. AFFA nümayəndəsinin qeydlərinə əsasən cərimə kəsən İntizam Komitəsi qanunauyğun hərəkət etsə də, Apellyasiya Komitəsi qərarı ləğv edib. Hansı əsaslarla? Elə bir əsas gətiriblər ki, bişmiş toyuğun gülməyi gəlir: “Başa çatmış iki dövrənin yekununda "Kəpəz" klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınıb”.
 
Bu, bilirsiniz nəyə bənzəyir? İnsan kimisə ödürür, məhkəmə isə onu azadlığa buraxır. Soruşanda niyə buraxdınız, cavab verir ki, “indiyədək heç kimi öldürməmişdi axı”! Əsl eybəcər həqiqət isə üzdədi. Və bu eybəcərliyi mövsümün əvvəlində futbola AFFA gətirdi. AFFA-nın mətbuat xidmətinin rəhbərinin Premyer Liqada mübarizə aparan klubda yüksək vəzifə tutması hansı meyarlara sığır? Başa düşürük, bu gün min eybəcərliklərlə zəngin Azərbaycanda eyni məmur 6-7 vəzifəni icra edir. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov Gəncə klubuna federasiyanın mətbuat katibini təyin etməklə, bu rüsvayçılığın zirvəsinə qalxıb. Bax, buna görə də Apellyasiya Komitəsi 5 minlik cəzanı qeyri-qanuni ləğv edib.
 
Yuxarıdan gələn əmrlə verilən bu qərar həm absurddu, həm də qeyri-qanuni. Daş yağdırılıb! Bu, danılmaz faktdı! İstəyirsən öz tuşundan göyə çıx, bu cəriməni  silmək olmaz. Əsas kimi göstərilən “ilk dəfə” isə rəzalətdi. Apellyasiya Komitəsinə toplaşanların 2016-da ilk görəcəkləri iş ərizəni yazıb tutduqları vəzifədən getmələri olmalıdı. Elə baş katib də Nərimanoğluyla bağlı qərarını verməlidi: ya mətbuat katibi kimi fəaliyyət göstərsin, ya da Gəncə təmsilçisinin Müşahidə Şurasının üzvü kimi. Əks halda bu hərc-mərciliyin sonu olmayacaq.
 
CAVAD

Arxiv

Dünya futbolu2021-01-24 02:16

“Monako”dan inamlı qələbə

Dünya futbolu2021-01-24 02:02

“Real”la “Sevilya”dan darmadağın

Dünya futbolu2021-01-24 01:45

“Milan” darmadağına üzüldü, “İnter” xal itirdi

Ölkə kuboku2021-01-24 01:21

Azərbaycan kubokunda yeni mövsümün ilk təyinatları

Dünya futbolu2021-01-23 23:50

“Leyptsiq” uduzdu, “Ayntraxt” darmadağına sevindi

Dünya futbolu2021-01-23 22:54

“Fənərbaxça”dan yeni transfer

Dünya futbolu2021-01-23 22:03

“Başakşəhər” xal itirdi, “Trabzonspor” səfərdə sevindi

Dünya futbolu2021-01-23 21:45

“Traktor” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-01-23 21:15

İsrafilov üçün 85 dəqiqə və 3 xal

Dünya futbolu2021-01-23 20:44

Super Liqa klubunda yeni baş məşqçi

Ölkə kuboku2021-01-23 20:11

16-cı start: 67-ci oyun, 20-ci rəqib

Premyer-liqa2021-01-23 19:50

“Keşlə”nin futbolçusu 100-ə çatdı

Premyer-liqa2021-01-23 19:34

“Qarabağ”ın 400-cü səfər oyunu

Dünya futbolu2021-01-23 18:54

Millinin sabiq üzvü A Seriyasında klubunu dəyişdi

Dünya futbolu2021-01-23 18:22

“Valensiya”da yeni müqavilə

Digər2021-01-23 17:47

Kəlbəcərin Qamışlı kəndi – VİDEO

Digər2021-01-23 17:22

Azərbaycanda koronavirusa 162 yeni yoluxma

Dünya futbolu2021-01-23 17:00

“Lester Siti”də Vardi şoku

Dünya futbolu2021-01-23 16:45

“Roma”nın iki üzvündə koronavirus aşkarlandı

Milli komanda2021-01-23 16:30

Millimizin oyunları Belçikada baş tutacaq

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?