İspaniya Futbol Federasiyası "Barselona"nı cəzalandıra bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb katalon azarkeşlərin "Levante" – "Real" matçında Madrid klubunun hücumçusu Kriştianu Ronaldonu sərxoş adlandırmasıdı.
Sözügedən matçın nümayəndəsi bu barədə məlumatı protokoluna daxil edib. İş İntizam Komitəsinə verilməmişdən öncə federasiya rəhbərliyi videoyazını gözdən keçirəcək. Qərarın verilməsi zamanı həmçinin "Real" fanatlarının "Barselona"lı LionelMessinin ünvanına təhqirlər səsləndirməsi də nəzərə alınacaq.
Shares: